Zaqatalanın icra başçısının talan dosyası...
Tarix: 7-05-2015, 10:47 | Çap et
Zaqatalanın icra başçısının talan dosyası...
Zaqatala Rayon İcra başçısı Mübariz Əhmədoğlunun bir sıra dövlət strukturlarında çalışan qohum əqrəbaları ilə yanaşı, Meliorasiya və Su təsərrüfatı”ASC-nin sədri və dost-doğmaca qardaşı Əhməd Əhmədzadəyə arxalanaraq, rayonda sözün əsl mənasında at oynatdığını yazmışdıq. Bildirmişdik ki, Mübariz Əhmədoğlu əvvəl Qax İcra başçıəsı olub, sonradan “yerdəyişmə” qanunu ilə Zaqatala İcra Başçıs, Qaxa isə onun xalası oğlu Müşviq Şəkiliyev təyin olub.

Daha sonra söz vermişdik ki, Zaqatala rayon icra başçısının rayonda vəzifəsindən sui-istifadə edərək necə qaz vurub qazan doldurmasından geniş və ətraflı məlumat verəcəyik. Araşdırmalar nəticəsində məlum oldu ki, “Meliorasiya və Su təsərrüfatı”ASC-nin sədri Əhməd Əhmədzadə və onun qardaşı Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sözün əsl mənasında rayonu silib-süpürməklə məşquldurlar. Tozunu yox ha, maliyyəsini silib süpürürlər.

Elə əmma da burasındadır. Nəzərinizdən qaçmamalıdır ki, son zamanlar Əhmədzadə qardaşlarının xidməti vəzifələrindən sui-istifadə edərək külli-miqdarda dövlət vəsaitini mənimsəmələri faktları son zamanlar ölkənin aparıcı KİV-ləri tərəfindən faktlar və rəqəmlərlə dəfələrlə geniş araşdırılmış və Azərbaycan ictimaiyyətinə, hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Lakin nədənsə bu qədər yetərli faktlar qarşısında Əhmədzadə qardaşlarının fəaliyyətinə son verilmir.

Elə ona görə də, bu gün qardaşlar heç kəsə və heç nəyə məhəl qoymadan, irimiqyaslı korrupsiya əməllərini davam etdirməklə yanaşı rasoyu soyub soğana çevirirlər.
Mətbuatda dərc olunana yazıların birində hətta Əhmədzadə qardaşlarının dövlət büdcəsindən oğurladıqları pullara nə az, nə çox düz 8 ay 10 gün müddətinə Azərbaycan Ordusunun şəxsi heyətini ərzaqla, paltarla və silahla təchiz etməyin mümkün olduğu haqda məlumat belə dərc edilmişdi.

Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Zaqatala rayonu sözün əsl mənasında rtamamilə Əhmədzadıələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta otelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur. Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Göz görə-görə vüsət alan Əhmədzadələrin monopoliyası üvbatından Zaqatala camaatı dolanışıq üçün belə maddi imkana möhtac qalırlkar.

Əbəs yerə deyil ki, son zamanlar vahabilim təriqətinə meyilli olanların çoxu da məhz elə Zaqatala-Qax bölgəsindəndir. Əldə etdiyimiz məlumatlarda Zaqatala sakinləri bildirir ki, kişilərin çoxu əlacsızlıqdan dolanışıq xatirinə vəhabilik təriqətinə meyllənməsi və qoşulması prosesi sürətlə davam edir. Bunu hətrta bir sıra KİV nümayəndələrinin bu istiqamətdə apardıqları sosioloji sorğular da təsdiq edir. Yerli aidiyyatı orqanlar isə nədənsə rəsmi Bakını məlumatlandırmağı vacib hesab etmirlər.

Deyirsiz biz Bakıda reaksiyada otura-otura bundan xəbər tuturuq, o boyda Əhmədzadələrin Zaqataladan vahabiliyə qoşulanlardan xəbəri yoxdur? Nəsə inandırıcı deyil... Görəsən nə üçün sosial vəziyyətlə bağlı sabah baş verəcək hər hansı hadisəyə görə rayon rəhbərliyi üzərinə düşdükləri məsuliyyətin fərqində deyil?

Mübariz Əhmədzadənin təhsili ilə də maraqlandıq. Sən demə əvvəllər Qax “Avtonəqliyyat” müəssisəsinə 18 illik rəhbərlikdən sonra icra başçısı posutuna əyləşib. Deyilənə görə, əslində Mübariz Əhmədoğlunun orta məktəb şagirdi səviyyəsində nitq söyləmə qabiliyyəti yoxdur. Bu da birbaşa olaraq, yerli camaat ona arasında təhsili olmayan bir adam kimi tanınır. Amma deyəsən Mübariz Əhmədzadəni bu o qədər də narahat etmir. Təki onun üçün ən zəngin və biur nömrəli biznesmen desinlər yetər. Əks halda o savadını artırmaq əvəzinə, vaxtının daha çox hissəsini dövlət işlərinə deyil, şəxsi biznesə sərf etməzdi.

Qayaya da tamah salan icra başçısı...

Bəli, deyilənə görə, Mübariz Əhmıədzadə xüsusi tamahina gpörə digər icra baş.çılarından fərqlənir. Belə ki, sən demə Mübariz Əhmədzadənin nəfsi o həddıə çatıb ki, qədim İlisu kəndində yerləşən və təbiət möcüzəsi sayılan 28 metr hündülüyü olan “Uludağ” şəlaləsinin həndəvərini ağır texnika ilə qaya daşlarını sökdürüb şəxsi villalarında üzlük material kimi istifadə etdirib.
Maliyyəni, meşəsini, torpağını göünə təpib doymayan bu icra başçısı indi də Allahın qayasına tamah salıb. Onun qopardıb villasına bəzək vurmaq istəyi sayəsində bu gün şəlalə artıq məhv olmaq üzrədir. Yerli cammat icra başçısının bu cür təbiəti və dövləti talan etməsinə dözə bilmədiklərini dilə gətirirlər. Bəzi mənbələr iddia edir ki, M. Əhmədzadənin müqəddəs ziyarətin daşını talan etməsi-dağıtması, zibilliyə çevirməsi birbaşa olaraq məqqsədyönlü xarakter daşıyır.

Belə ki, deyilənlərə görə, Mübariz Əhmədzadə olduqca böyük var-dövlət imperiyasına sahib olan qardaşı özünün gücünü bir ısra üzdəniraq müxalifət yömnlü dostlarını maliyələşdirməyə xərcləyir. (müxalifət yönlü dostlarının adlarının dəqiq olmamasından dolayı onların adlarını hələ ki, ictimailəşdirmək istəmirik) O üzdən də, müqəddəs ziyarətin daşını talan etməsinin birbaşa dövlət başçısının nüfuzuna xələl gətirmək məqsədinə əsaslanır. Əks halda şəlalənin qurumasına səbəb olacaq bir qayanın yarılaraq villasını bəzəmək heç bir sağlam təfəkkürə yaraşmazdı.

Ümid edirik, Əhmədzadə qardaşlarının fəaliyyəti boyunca korrupsiya faktlarının müvafiq idarələr tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcək. İlk növbədə Zaqatala rayonunda cərəyan edən monopoliya sisteminiə son verməklə, soydaşlarımızın maddiyyat ücbatından vahabilik təriqətini qəbul etməsi və Suriyadakı döyüşlərə qatılmasının qarşısını müəyyən qədər almaq olar. Əks halda bu cür hadisələr fəlakətlə nəticələnə bilər...
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net