Salyanın icra başçısı özünü necə çətin duruma salıb
Tarix: 12-03-2015, 10:13 | Çap et
Salyanın icra başçısı özünü necə çətin duruma salıb
Salyanın icra başçısı Tahir Kərimovun oğlu Həmzə Kərimovla bağlı son dövrlər mətbuatda yer alan məlumatlar artıq ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusən də, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan oğul Kərimovun adı nurçularla əlaqədə hallanır.

JAM.AZ xəbər verir ki, icra başçısı oğlunun adının bir müddət əvvəl mətbuatda hallanmasının qarşısını almaq üçün bütün yaxınlarını işə qoşmuşdu. Həmin dönəmdə müəyyən təsir imkanlarından yararlanan Tahir Kərimov Həmzə Kərimovun adını mediadan yığışdıra bildi. Daha doğrusu, Mətbuat Şurasının prosesə cəlb olunması və Əflatun Amaşova «görüm-baxım» edilməsi sayəsində problem çözüldü.

Amma Həmzə Kərimovun adının yenidən gündəmə gəlməsi, xüsusən də nurçu olaraq adlandırılması artıq atasının başının bəlasına çevrilib. JAM.AZ-a daxil olan məlumatda deyilir ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbərinin ölkədə nurçu qalmalanın başında dayanan Elnur Aslanovla əlaqəli olması məsələsi araşdırılmağa başlanılıb. Bundan əlavə, onun Rumıniyada Fətullah Gülənin adamlarına maliyyə yardımı etdiyinə dair məlumatlar da araşdırma həddinə qədər gəlib çatıb. Məlumatın təsdiqlənməsi isə Həmzə Kərimovun illərdən bəri yığdığı karyerasının sonu ola bilər. Məsələni belə görən atası isə məcburiyyətdən dövriyyəyə girərək, problemi həll etməyə cəhd edir.

Əldə olunan məlumata görə, Həmzə Kərimovun adının mətbuatdan yığışdırılması işləri Tahir Kərimov tərəfindən qohumu Faiq Nəcəfova həvalə edilib. JAM.AZ-ın araşdırmalarına görə, Nəcəfov Salyan Telekommunikasiya Qovşağının rəisidir və rayonda icra başçısının «pul kisəsi» olaraq tanınır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə Həmzə Kərimov haqqında Rumıniya mətbuatda dərc olunmuş qalmaqal doğuracaq məqaləlar barəsində geniş məlumat verməyə çalışacağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net