Mülkü əlindən alınmış Hacıqabul sakini polis özbaşınalığından şikayət edir
Tarix: 15-04-2015, 11:06 | Çap et
Mülkü əlindən alınmış Hacıqabul sakini polis özbaşınalığından şikayət edir
Redaksiyamıza polis özbaşınalığına görə evindən didərgin düşərək Bakıda yaşamağa məhkum olan Hacıqabul sakini Həsən Məmmədov şikayət məktubu yollayıb. Həmin məktubu olduğu kimi çatdırırıq.

Azərbaycan Respublikası Ədliyyə nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluga və KİV nümayəndələrinə

Hacıqabul rayonu, Cəfər Cabbarlı kücəsi 50 ünvanında qeydiyyatda olan, hal-hazırda isə evindən didərgin düşüb Baklda kirayədə qalan Məmmədov Həsən Nuralı oğlu tərəfindən (əlaqə telefonu - 0556868430).

Yazıb Sizə bildirirəm ki, hal-hazırda Hacıqabul rayonunda olan əmlakımın əlimdən alınmasına ücün həmin ünvanda yaşayan və hər ikisi də ruhi əsəb dispanserində qeydiyyatda olan qardaşımdan və onun həyat yoldaşından fəal istifadə olunur. Bununla bağlı rayon polis idarəsində güclü proseslər gedir. Buna sübut olaraq Sizə bir sənəd, daha doğrusu ittiham aktının birinci səhifəsini göndərirəm. Əgər diqqətlə onunla tanış olsanız görərsiniz ki, ittiham aktının birinci abzası ümümən bu prosesə aid deyildir. (Aktda yazılan qalan cəfəngiyyatdan isə heç söz salmıram). Bu, bir yana, hal-hazırda bu akta əsasən Hacıqabul məhkəməsi prosesə də start vermişdir.

Burda bir sual yaranır. Əgər insanların taleyini həll etmək hüququ verilmiş polis bu tip sənəd hazırlayıbsa, prokurorluq və məhkəmə hakimi bu sənədi oxumamış imzalayıbsa, Azərbaycan kimlərin əlindədir?
vertikal.az


Mülkü əlindən alınmış Hacıqabul sakini polis özbaşınalığından şikayət edir




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net