Rektorla bağlı şübhəli məqamlar
Tarix: 16-02-2016, 09:57 |
Çap et
«Təzadlar» rəsmi qaynaqlara istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb. Prokurorluğun müvafiq vəsatətinə Binəqədi Rayon Məhkəməsində baxılıb və müvafiq qərar qəbul olunub. Bu isə o deməkdir ki, ortada istintaq üçün olduqca önəmli araşdırmalar predmeti olan faktlar var… Hələ bir müddət əvvəl Baş Prokurorluğun Mətbuat Xidmətindən «Təzadlar»a verilən məlumatda bildirilirdi ki, V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil edib. O, ötən ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, bir müddət əvvəl isə rabitə naziri Əli Abbasov işdən çıxarıldı və ardınca isə nazirlikdə nazirdən sonra ən yüksək vəzifəli şəxs olan Vidadi Zeynalov həbs edildi.
«Təzadlar» Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Dövlət İqtisad Universiteti ilə bağlı rəsmi sorğu ünvanladı…
IQTİSAD UNİVERSİTETİNİN REKTORU VİDADİ ZEYNALOVUN BARƏSİNDƏ İSTİNTAQA YALAN MƏLUMAT VERİB???-YENİLƏNİR
Diqqəti bir məsələyə yönəldək ki, Vidadi Zeynalovla yanaşı, nazirliyin ona yaxın yüksək vəzifəlisi də həbs edilib… Məsələn, işdən çıxarılmış nazir Əli Abbasov faktiki olaraq ev dustağıdır və bundan başqa, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov və daha bir sıra yüksək çinli məmurlar həbsdədir, digər ona yaxın məsul şəxsin isə işi istintaqdadır, dindirilmə davam edir.
Bunları deməkdə məqsədimiz həm də istintaqın bir məsələyə diqqət ayırmasıdır. Məsələn, «Təzadlar» bir müddət əvvəl (qəzetin sabahkı sayında daha ətraflı yazı təqdim olunur) Dövlət İqtisad Universitetindəki mənbəyə və redaksiyaya daxil olmuş məlumatlara istinadla yazmışdı ki, Vidadi Zeynalovun vəzifə karyeraları həmişə sonda qalmaqalla sonunclanıb… Məsələn, o, 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub, ta 2000-ci ilədək, yəni Azərbaycan Dövlət İqtisad Universitetinə işə qəbul olunanadək. O, hətta 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib… Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olmuşdur… Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olunub. Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin indiki rektoru Ədalət Muradovla, prorektor, KİV-lərdə adı tez-tez hallandırılan Damət Bağırovla olduqca sıx əlaqələri olub. Məsələn, Dövlət İqtisad Universitetində bilməyən yoxdur ki, Vidadi Zeynalovun doktorluq işi (?) həbsindən az əvvəl məhz rektor Ədalət Muradovun birbaşa rəhbərliyi ilə seminardan keçirilib, bu isə rektorun himayəsi olmadan mümkün olmayan bir məsələdir. Ən nəhayət, sensasiya doğuracaq fakt budur ki, Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra belə həbs olunana qədər İqtisad Universitetində baş müəllim kimi maaş alıb. Bu necə mümkün olub??? Universitet rəhbərliyi bu məsələyə hələ də rəsmi açıqlama gətirməyib, lakin hesab edirik ki, istintaq bu suala cavab verəcək…
Mövzuya qayıdacağıq və qarşı tərəfin arqumentlərini də dərc etməyə hazırıq…
«Təzadlar»