Biləsuvarda sosial yardımı kimlər alır: Hər şeyin öz qiyməti var
Tarix: 8-04-2015, 09:36 | Çap et
Biləsuvarda sosial yardımı kimlər alır: Hər şeyin öz qiyməti var
Vertikal.az-a daxil olan məlumata görə, Biləsuvar rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru da dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif yollarla mənimsəməklə məşğul olur .

Bu işlərdə ona sözsüz ki kənd (şəhər) inzibati ərazi nümayəndələri yaxından kömək edirlər. Xəbər verilir ki, hətta icra nümayəndələri qapı-qapı düşüb məqbul saydıqları insanlara yardım almaq təkilifini edirlər.

Kimin sənədlərinin sağ küncündə ərazi nümayəndəsi karandaşla xüsusi işarə qoyursa, həmin şəxsə yardım verilir. Bu işarənin anlamı budur ki, mərkəzə göndərilən şəxs tətbiq edilən yeni qayda ilə razıdır.

Yeni qayda isə bu cürdür- məsəl üçün, iki övladı olan birisi ay ərzində 136 manat müavinat alacaqsa bu, il ərzində 1632 manat edir. Müştəri bu haqqa sahib olmaq üçün öncədən ən azı 5 ayını ( təxminən 600-700 mant) nəğd şəkldə “sovez”ə ödəyib sənədini qeydiyyatdan keçirə bilər.

Pulu olmayan şəxslərin çoxu belə bu cür şansı əldə etmək üçün banklardan kiçik miqdarlarda kredit götürüb müvafiq şəxslərə ödəyirlər, beləcə, alınan sosial yardımla həm kredit verir, həm də qənd-çay alırlar.

Digər kataqoriyadan yardıma ehtiyacı olanlar sənədləri mərkəzə təqdim etsələr də bir neçə aydan sonra onlara yardım düşmədiyini və gəlib sənədlərin mərkəzdən geri götürmələri xəbərini alırlar.

Daxil olan məlumatda o da qeyd olunur ki, gün ərzində “sovez”də baş verən hay-küylə istənilən şəxs tanış ola bilər.

Qeyd edək ki, hal-hazırda Biləsuvarda 1519 nəfər solial yardım alır.

Hörmətli nazir Səlim Müslümov təyin olumamışdan öncə əksər rayonlarda “sovez” işçiləri müştərilərə öncədən 4 ayın pulunu verib plastik kartları özlərində saxlayırdılarsa, nazir dəyişəndən sonra fərqlənən sadəcə format oldu.

Qayda yenə də təxminən eynidir.

Hərçənd, həmin metodlar bir çox rayonlara aid olmasa da əksəriyətində belədir.

Yəni, pulun varsa giriş, yoxdursa sürüş!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net