Məhkəmə hüquq sistemi QAZİLƏRƏ QARŞI... - FAKT BUDUR!
Tarix: 13-12-2021, 13:33 | Çap et
Məhkəmə hüquq sistemi QAZİLƏRƏ QARŞI... - FAKT BUDUR!
Vertikal.az: - "Azərbaycanda məhkəmə hüquq sistemi elə duruma salınıb ki, bilmirsən, bura məhkəmədir, hüquq müdafiə orqanıdır, yoxsa bazar? ! Özəlliklə inzibati məhkəmələr vətəndaşların hüquqlarına , özü də məhkəmə təminatı hüquqlarına qadağa qoymaqda , qeyri-prosessual ilişgidə öndə gedirlər. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi 6 ildir Qarabağ qazisinin ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (hazırda tabeliyindəki Sosial Xidmətlər Agentliyinə) qarşı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən imtina edir. Tələbkar Qarabağ qazisinin borclu inzibati orqana sanksiya tətbiq edilməsi haqqında 5 illik ərizələrinə isə, ümumiyyətlə, baxılmır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qərarı qəbul etmiş Şərafət Məmmədova bu qeyri-prosessuallığa görə apellyasiya instansiyasına təyinat alıb, onun yerinə apellyasiyadan birinci instansiya məhkəməsinə “endirilən” Aygün Abdullayeva isə son 3 ildə “partizan kimi” susur. Nə əvvəlki sədr Rəşid Rzayev, nə də onu əvəzləyən Araz Hüseynov nəinki görəvlərinə və Konstitusiyaya uyğun olaraq tədbirlər görür, əksinə borclu inzibati orqanın diqtəsi ilə özləri cəhənnəm, məhkəmə hakimiyyətini məmurun rüşvətindən aşağıda tuturlar. Deyə bilərsiniz ki, Konstitusiyanın 133-cü maddəsinə əsasən, qanunların icrasına və tətbiqinə nəzarət edən baş prokurorluq var ! Problem ondadır ki, baş prokurorluq özü də məhkəmə hakimiyyətinin gözdən salınmasında “önəmli” rol oynayır. Təsəvvür edin, vətəndaşın baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xəttinə zənginə 2 ildən sonra, o da ali dövlət hakimiyyəti orqanlarına, Ombudsmana çoxsaylı şikayətlərdən sonra “baxılıb”. Belə “qaynar” xətdə lap “bişmək” olar ki! ? İndi isə idarənin müstəntiqi Rəşad Məmmədov 3 aydır 09.09.2021 tarixli qərarını vermir. Yəqin bir 2 il də qərarın verilməsi çəkər, Ombudsmanın insan hüquqlarını yada salması ilə məhkəmə qərarının qərəzlə icra olunmamasında hüquq pozuntusu aşkarlanmaz.

Qonudan -mövzudan uzaqlaşmayaq, Bakı İnzibati Məhkəməsinə bir aydır yenidən tələbkar kimi ərizə verən qazinin ərizəsinə yenə də baxılmır. Belə məhkəmə olar? Məhkəmənin işi vətəndaşların ərizələrinə baxıb uyğun prosessual hərəkətləri etməkdir. Ərizənin gizlədilməsi, it-bata salınması birbaşa “yuxarı” səviyyədə həyata keçirilən hüquq pozuntusu olsa da, Ombudsman da bu pozuntuya son qoymaqda maraqlı görünmür. Görünür, öz maraqları daha üstündür. “Ombudsman haqqında” qanunun 1.9 maddəsində isə yazılıb ki, OMBUDSMANIN MƏHKƏMƏLƏRDƏKİ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ VƏ VAXTINDA VERİLMƏMƏSİ, MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA GÖRƏ ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU VARDIR. Bakı şəhər icra hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığı hüququna qoyulan qadağanın götürülməsi” tələbi ilə qaldırılan iddiadan da bir aydır səs – soraq yoxdur. Halbuki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsində məhkəmənin 2 günə işə baxmalı olduğu doğrulanıb. Niyə Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq işə baxılmasını təmin etmir? Belə çıxır, məhkəmə BŞİH-in qərarını və qeyri-prosessual göstərişlərini qanundan üstün tutur?

Bakı İnzibati Məhkəməsinin, eləcə də apellyasiya və kassasiya instansiyalarının özbaşınalığı, qərəzi təkcə ərizələri gizlətməsində deyil, qəbul edilmiş -edilməmiş qərarların aylarla -illərlə verilməməsində də üzə çıxır. Dələduzluq o həddə çatıb ki, Bakı İnzibati Məhkəməsi məhkəmə qapılarının pandemiya səbəbindən bağlı olduğu vaxtda , guya qərardad qəbul edib! Bəli, bəli, Rüstəm Kərimli yüksək hakim adını Nərimanov bələdiyyəsindən götürdüyü rüşvət öhdəliyinə dəyişərək Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunub və sədr Araz Hüseynovla qeyri – prosessual ilişgi sonucunda ləğv edilmiş qərardadı üzrə işə “təsadüfən” hakim təyin edilib. Və. ..məqsədi, niyyəti işi icraatına götürüb gizlətmək olan bu rüşvət hakiminin “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, İPM-in, MPM-in 18-21 maddələrinə əsasən işə baxmasının yolverilməzliyindən şikayətlərə cavab olaraq məsləhətçi –“hakim”lər bildirib ki, 01.12.2020-ci ildə (?-M.B) iddia mümkün sayılmayıb. Araz Hüseynov və məsləhətçiləri bilməsə də, NK yanında Operativ Qərargahın 19.11.2020 tarixli 450 saylı qərarına əsasən Ali Məhkəmə 27.11.2020 tarixli Məlumatla 2020-ci ilin dekabrından işlərə baxılmasının ertələnməsnii qət edib. Belədə Rüstəm Kərimli (və Araz Hüseynov) necə 01.12.2020-ci ildə bağlı qapılar arxasında qərardad qəbul edib ? Özü də vicdansızcasına guya 16.12.2020-ci ildə göndərildiyini bildirirlər. Axı, 16.12.2020-ci ildə məhkəmə qapıları bağlı olub! Belə nağıllarla Ombudsmanı , Məhkəmə-Hüquq Şurasının üzvlərini aldatmaq olar , məhkəmə təminatı hüququ pozulanı yox.

Məhkəmə hüquq sistemindəki özbaşınalıqları bir yazıya sığışdırmaq mümkün deyil. Bircə sual ciddi cavab tələb edir : Niyə hakimlər, məhkəmə sədrləri qanuna, Konstitusiyaya yox, məmura qulluq yolunu seçirlər?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net