Rövnəq Abdullayev bu dəfə 300 məmuru işsiz qoymağı planlayır
Tarix: 11-02-2015, 11:42 | Çap et
Rövnəq Abdullayev bu dəfə 300 məmuru işsiz qoymağı planlayır
Son günlər hökumət bir sıra struktur islahatları həyata keçirməkdədir. Belə ki, dünyadakı neft böhranı ilə əlaqədar büdcə xərcləmələrinə ciddi qənaət qərarı verən rəsmi Bakı artıq bir dövlət komitəsini ləğv edib və bir sıra digər islahatları da həyata keçirib.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neçə müddətdir işçilərini ixtisara salmaqda davam edən Dövlət Neft Şirkəti bu dəfə də struktur islahatları ilə diqqətə gələcək.

Məlumatlı mənbə dia.az-a bildirir ki, ARDNŞ-nin təxminən 2 idarəsinin ləğvi ilə bağlı tədarük görülür: “Hələlik hansı qurumların ləğv ediləcəyi dəqiqləşməsə də neft şirkəti təqminən 300-dən artıq vəzifəlisini işsiz qoymağa hazırlaşır”.

Dia.az olaraq ARDNŞ-nin nəzdində olan strukturları diqqətinizə təqdim edirik:

Azneft İstehsalat Birliyi
Azərikimya İstehsalat Birliyi
Azəriqaz İstehsalat Birliyi
Azərneftyağ neft emalı zavodu
Bakı Ali Neft Məktəbi
Dalğıc və Qəza xilasetmə İşləri İdarəsi
Ekologiya İdarəsi
Geofizika və Geologiya İdarəsi
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Kompleks Qazma İşləri Tresti
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
Neft Kəmərləri İdarəsi
Neftqazelmitədqiqatlayihə Institutu
Neftqaztikinti tresti
Nəqliyyat İdarəsi
Qaz Emalı Zavodu
Qaz İxrac İdarəsi
Sosial İnkişaf İdarəsi
Sərmayələr İdarəsi
Təhlükəsizlik İdarəsi
Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
Əmək şəraiti normalarının işlənməsi idarəsi

Yəni aydın olanı odur ki, Rövnəq Abdullayev bu qurumlardan ikisinin üzərindən qələm çəkməklə hökumətin “kəmərsıxma” prosesinə öz “töhfəsini” vermiş olacaq...





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net