Ana Sayfa > Gündəm > Rövnəq Abdullayev bu dəfə 300 məmuru işsiz qoymağı planlayır
Rövnəq Abdullayev bu dəfə 300 məmuru işsiz qoymağı planlayır11-02-2015, 11:42. Yazar: admin |
Son günlər hökumət bir sıra struktur islahatları həyata keçirməkdədir. Belə ki, dünyadakı neft böhranı ilə əlaqədar büdcə xərcləmələrinə ciddi qənaət qərarı verən rəsmi Bakı artıq bir dövlət komitəsini ləğv edib və bir sıra digər islahatları da həyata keçirib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neçə müddətdir işçilərini ixtisara salmaqda davam edən Dövlət Neft Şirkəti bu dəfə də struktur islahatları ilə diqqətə gələcək. Məlumatlı mənbə dia.az-a bildirir ki, ARDNŞ-nin təxminən 2 idarəsinin ləğvi ilə bağlı tədarük görülür: “Hələlik hansı qurumların ləğv ediləcəyi dəqiqləşməsə də neft şirkəti təqminən 300-dən artıq vəzifəlisini işsiz qoymağa hazırlaşır”. Dia.az olaraq ARDNŞ-nin nəzdində olan strukturları diqqətinizə təqdim edirik: Azneft İstehsalat Birliyi Azərikimya İstehsalat Birliyi Azəriqaz İstehsalat Birliyi Azərneftyağ neft emalı zavodu Bakı Ali Neft Məktəbi Dalğıc və Qəza xilasetmə İşləri İdarəsi Ekologiya İdarəsi Geofizika və Geologiya İdarəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Kompleks Qazma İşləri Tresti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Neft Kəmərləri İdarəsi Neftqazelmitədqiqatlayihə Institutu Neftqaztikinti tresti Nəqliyyat İdarəsi Qaz Emalı Zavodu Qaz İxrac İdarəsi Sosial İnkişaf İdarəsi Sərmayələr İdarəsi Təhlükəsizlik İdarəsi Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi İnformasiya Texnologiyaları və Rabitə İdarəsi Əmək şəraiti normalarının işlənməsi idarəsi Yəni aydın olanı odur ki, Rövnəq Abdullayev bu qurumlardan ikisinin üzərindən qələm çəkməklə hökumətin “kəmərsıxma” prosesinə öz “töhfəsini” vermiş olacaq... Geri dön |