Kadırov: “Krım xalqı düz etdi”
Tarix: 18-03-2015, 09:57 |
Çap et
Çeçenistanın lideri Ramzan Kadırov Krım xalqının düzgün addım atdığını deyib.
Axar.az xəbər verir ki, referendumda Rusiya ilə birləşmə qərarı verməyin ən doğru yol olduğunu deyən prezident bu sözləri özünün İnstaqram hesabında paylaşıb:
“Xalq referendumundan tam bir il keçdi. Seçkilərdə iştirak edənlər vətənləri Rusiya ilə birlikdə həyati iradəsini göstərdi. Bu gün bunun tək doğru yol olduğunu görürük. Bu, uzun müddətli böhrana yol aça biləcək vəziyyətin bir damla qan axıdılmadan həll olunmasına yardımçı oldu”.
Çeçenistan ilə Krım və Sevastopol arasında çox yaxşı əlaqələrin qurulduğunu qeyd edən Kadırov bu əlaqələrin bölgə və bütün Rusiyanın mənfəəti üçün inkişaf edəcəyindən əminliyini ifadə edib.