"Bunun üçün embarqo ləğv olunmalı, Quantanamo geri qaytarılmalıdır”
Tarix: 13-05-2015, 08:56 | Çap et
"Bunun üçün embarqo ləğv olunmalı, Quantanamo geri qaytarılmalıdır”
Kubanın prezidenti Raul Kastro mayın 29-dan sonra ABŞ səfir təyin edə biləcəklərini deyib. ANS PRESS-in məlumatına görə, ölkəsində rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandı yola salan Kastro jurnalistlərə açıqlamada bu barədə danışıb. Ölkə başçısı qarşılıqlı səfir təyinatından sonra iki ölkə arasında diplomatik münasibətlərin yaranacağını deyib. Münasibətlərin normallaşmasının ayrı bir mövzu olduğunu deyən Kastro şərtini də açıqlayıb.

“Bütün bunların ola bilməsi üçün embarqo ləğv olunmalı, Quantanamo bazası da geri qaytarılmalıdır”.

Avropa Birliyi ilə Kuba münasibətlərindən də danışan Kastro tərəflər arasında keçiriləcək dialoqla bağlı iyunda Brüsseldə iclas keçiriləcəyini bildirdi. Bu mövzuyla əılaqədar AB ölkələri arasında fikir ayrılığı olduğunu deyən Kastro bu vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib.

Ağ ev aprelin 14-də açıqlama verərək ABŞ prezidenti Barak Obamanın, Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması barədə hesabatı Konqresə göndərdiyini bildirib. Bu qərarın qüvvəyə minməsi üçün isə 45 gün vaxt keçməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net