ABŞ İŞİD liderləri barədə informasiyaya görə 40 milyon dollar təklif edir
Tarix: 6-05-2015, 10:16 | Çap et
ABŞ İŞİD liderləri barədə informasiyaya görə 40 milyon dollar təklif edir
ABŞ “İslam Dövləti” (İŞİD) terror təşkilatının dörd lideri, o cümlədən Gürcüstan vətəndaşı Tarxan Batiraşvili (Ömər əş-Şimani kimi tanınan) barədə informasiya verəcək şəxsə 20 milyon dollar mükafat veriləcəyini elan edib.

Bu barədə SalamNews BBC-yə istinadla xəbər verir.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Vaşinqton hökuməti İraqdakı İŞİD liderlərindən biri Abd Rəhman Mustafa Kaduli barədə məlumata görə 7 milyon dollar, Suriyanın şimalında fəaliyyət göstərən keçmiş Gürcüstan hərbçisi Tarxan Batiraşvili barədə məlumata görə 5 milyon, Terror təşkilatının "mətbuat katibi” Əbu Məhəmməd Ədnani barədə məlumata görə də 5 milyon dollar ödəməyə hazırdır. Ölkə 3 milyon dolları isə Suriya-Türkiyə sərhədindəki silahlı qrupa rəhbərlik edən Tarik bin Tahar bin Falih Avani Xərzi barədə məlumata görə ödəməyə söz verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net