Ana Sayfa > Dünya > ABŞ İŞİD liderləri barədə informasiyaya görə 40 milyon dollar təklif edir
ABŞ İŞİD liderləri barədə informasiyaya görə 40 milyon dollar təklif edir6-05-2015, 10:16. Yazar: admin |
ABŞ “İslam Dövləti” (İŞİD) terror təşkilatının dörd lideri, o cümlədən Gürcüstan vətəndaşı Tarxan Batiraşvili (Ömər əş-Şimani kimi tanınan) barədə informasiya verəcək şəxsə 20 milyon dollar mükafat veriləcəyini elan edib. Bu barədə SalamNews BBC-yə istinadla xəbər verir. ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Vaşinqton hökuməti İraqdakı İŞİD liderlərindən biri Abd Rəhman Mustafa Kaduli barədə məlumata görə 7 milyon dollar, Suriyanın şimalında fəaliyyət göstərən keçmiş Gürcüstan hərbçisi Tarxan Batiraşvili barədə məlumata görə 5 milyon, Terror təşkilatının "mətbuat katibi” Əbu Məhəmməd Ədnani barədə məlumata görə də 5 milyon dollar ödəməyə hazırdır. Ölkə 3 milyon dolları isə Suriya-Türkiyə sərhədindəki silahlı qrupa rəhbərlik edən Tarik bin Tahar bin Falih Avani Xərzi barədə məlumata görə ödəməyə söz verib. Geri dön |