Uşaqların hərarəti qalxdığı zaman iki üsulla bunun qarşısını almağa çalışırıq. Birincisi qızdırmanı salıcı üçün siroplar, ikincisi isə şamlardır. Bunlardan hansının daha təsirli olub-olmaması isə təbii ki, fərdə görə dəyişir. Bu istilik salıcılar çətin anda köməyimə çatsa da bir çox yan təsirləri, hətta ziyanları var.
Pediatr Aytən İsmayılzadə hərarət salmaq üçün istifadə edilən şamların mənfi tərəflərindən bəhs edən zaman maraqlı bir məsələyə toxunub. O, bildirib ki, 3 yaşdan yuxarı uşaqların hərətini salmaq üçün şamlardan istifadə etmək olmaz. Həkim, səbəb kimi bunun onların psixoseksual sferasına müdaxilə olmasını göstərib.
“3 yaşdan sonra uşaqlar artıq özünü tanıyır, özünün və qarşısındakının cinsini bilir, öz cinsinə aid olan uşaqlarla oynayır, öz cinsinə aid obrazlara (ata ya ana) girir. 5-6 yaş uşaqlarda utanc hissi formalaşır, başqa uşaqların, tanımadığı insanların yanında çılpaq görünmək istəmir. 7- 8 yaş uşaqlar ayaqyolundan istifadə sonrası öz gigiyenası ilə özü məşğul olur. Özləri tək çimmək istəyir. Uşaqları əzizləyərkən, öpərkən valideynə belə icazə verilən və verilməyən nahiyələr olur”.
Həkimin sözlərinə görə, hərarəti, xəstəliyi bəhanə edib və bu xəstəliyə aid olmayan yerdən uşağın istəyinin əksinə olaraq müdaxilə etmək zorakılıq kimi bir şeydir.
“Psixoseksual sferaya müdaxilə o deməkdir ki biz uşaqla bərabər inkişaf edən, amma gizli qalmalı olan intim mərhələləri pozuruq. Hər ay, hətta ayda bir neçə dəfə hərarəti qalxan uşaqlara davamlı şamlardan istifadə etmək davamlı psixoseksual müdaxilə deməkdir”.
Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, 3 yaşından yuxarı uşaqlarda şamdan istifadə “gey”liyə gətirib çıxardır.
Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı
"Bəli, bəzi psixoloqlar və pediatrlar deyirlər ki, 3 yaşından sonra uşağa şam qoymaq olmaz. İlk psixanalitik, psixoanalizin banisi olan Ziqmunt Freyd də qeyd edir ki, uşaq vaxtı insanın intim bölgəsinə toxunulursa, orada qıcıq yaranır və bu uşaqların yaddaşında qalır. Gələcəkdə hormonların yüksək olduğu yeniyetməlik dövründə də həmin hisslər yenidən qayıda bilir. Bu da “gey”liyə gətirib çıxardır.
Psixoloqun sözlərinə görə, ümumiyyətlə uşaqda hər hansı psixoseksual sferanın pozulmasını istəmiriksə, uşaqların intim bölgələrinə maksimum az, ancaq gigiyenik qaydalara riayət etmək üçün toxunulmalıdır.
“Valideynlər var ki, uşaqların intim bölgələrini öpür, əzizləyirlər. Mən başa düşürəm onlar bunu çox istədikləri üçün edirlər, amma bu gələcəkdə həmin uşaqlarda pozuntular əmələ gətirə bilər”.