AAAF Park-ın rəhbərliyi ilə bağlı ilginc iddialar
Tarix: 4-05-2015, 11:11 | Çap et
AAAF Park-ın rəhbərliyi ilə bağlı ilginc iddialar
Son günlər Azərbaycanda bir neçə iri tikinti layihəsində adı çəkilən və Xırdalanda mənzil tikintisi ilə məşğul olan AAAF Park şirkəti ilə bağlı bir qədər əvvəl məlumat vermişdik. Bildirmişdik ki, şirkətin rəhbərliyində təmsil olunan bir çox şəxslərin nurçularla yaxın əlaqələri olduğu deyilir. Hətta onların Elnur Aslanovla sıx bağlantısı, Fətullah Gülənin təlimatı ilə işləyən «imam» vəzifəsində olanları da var.

JAM.AZ-ın araşdırmalarına görə, şirkətin rəhbəri Tofiq Heydərovun nurçularla əlaqəsini quran şəxs elə öz müavini Rəşad Əliyev olub. Əslən Neftçaladan olan Əliyevin Elnur Aslanovun komandasında təmsil olunduğu və Fətullah Gülənin Azərbaycandakı çoxsaylı «imam»larından biri olduğu vurğulanır. Elə iri layihələrə imza atmaları və böyük sahələrdə xeyli mənzillər inşa etmələrinə də bu əlaqələrin böyük təsiri olduğu qeyd edilir.

Amma AAAF Park-ın son dönəmlər inşa etdikləri binaların böyük əksəriyyəti ya standarta uyğun gəlmir, ya da tikinti haqqında əsasnamənin kobud şəkildə pozulmasına səbəb olur. Məsələn, Xırdalanda inşa edilən binaların bir çoxları birbaşa yolun kənarında tikilib. Hətta o qədər yol yaxındır ki, piyadaların hərəkəti üçün səki belə mövcud deyil.

«Tikinti haqqında» Əsasnaməyə əsasən inşa edilən bina, ev və ya obyekt istifadə olunan yoldan ən az 15 metr içəridə olmalıdır. Yəni, tikili ilə yol arasındakı məsafə 15 metrdən az olmamalıdır. Bu insanların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş standartdır. Ancaq AAAF Park rəhbərliyi FHN-lə qəti yola getmədiklərindən bu əsasnaməni də bir kənara qoyublar. Və bildikləri kimi bina tikməklə məşğuldurlar. Bunu oxucularımız yayımladığımız fotolardan da aydın şəkildə görə bilərlər.

Bu əsnada AAAF-la FHN-in yola getməməsinin səbəbləri hələlik bizə məlum deyil. JAM.AZ xəbər verir ki, tərəflər arasındakı münaqişəli vəziyyətin AAAF Park rəhbərliyinin bir zamanlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxın olmaları səbəbindən baş qaldırdığı ehtimal oluna bilər. Amma şirkətin rəhbəri Tofiq Heydərovun Fərhad Əliyevin pulu ilə irəliyə getsə də, sonradan ona qarşı çıxdığı da dəqiqdir. Və bununla bağlı apardığımız araşdırmada onun Masallıdan olan bir nəfərə pul verərək, efirə çıxardığı, habelə həmin adamın diliylə Fərhad Əliyevi ağır formada ittiham etdirdiyi də üzə çıxıb. Bu barədə növbəti yazılarımızda geniş bilgi verəcəyik.

Həmçinin Tofiq Heydərovun hələ 2005-ci ildən «İrəli» Hərəkatına yardımlar etdiyi, onlar üçün tədbirlər düzənlədiyi, bütün maliyyə xərclərini üzərinə çəkdiyi, hətta Ceyhun Osmanlının seçki kampaniyasında yaxından iştirak etdiyi də araşdırmalar zamanı üzə çıxıb.

Qarşı tərəfi də dinləməyə hazırıq. (jam.az)

AAAF Park-ın rəhbərliyi ilə bağlı ilginc iddialar
AAAF Park-ın rəhbərliyi ilə bağlı ilginc iddialar
AAAF Park-ın rəhbərliyi ilə bağlı ilginc iddialar





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net