“Avromed”in Sumqayıtdakı deposunda total yoxlama - FOTO
Tarix: 13-04-2015, 14:52 |
Çap et
Dövlət başçısının bir neçə gün öncə Nazirlər Kabinetinin müşavirəsində çıxışı zamanı Azərbaycanda dərmanların baha qiymətə satılması ilə bağlı narazılığı artıq bir sıra qurumların konkret işə başlamasına səbəb olub.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən millət vəkili Cavanşir Feyziyevin nəzarətində olan və ölkənin ən böyük dərman firması olan «Avromed»də yoxlamalara başlanılıb. Aldığçğımız məlumata görə, iki dövlət qurumu, Səhiyyə Nazirliyinin Dərman Pereparatlarının Ekspertizası Şöbəsi ilə Sənaye və İqtisadiyyat Nazirliyinin Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «Avromed»də yoxlamialara başlayıblar. Suümqayıtda yerləşən deposunda şirkətin istehsal etdiyi dərmanların keyfiyyəti, standartlara cavab verib-vermədiyi, həmçinin də saxlanma şəraiti ilə bağlı yoxlamaların başlandığı bildirilir.
Bundan başqa İqtisadiyyat Nazirliyinin yuxarıda adıçəkilən dövlət xidmətinin əməkdaşları da «Avromed»in istehsal etdiyi dərmanların baza satış qiymətləri ilə pərakəndə satış qiymətləri ilə müqayisəli təhlilinə və monitorinqinə başladığı söylənilir. Hələlik yoxlamalarla bağlı olaraq rəsmi heç bir açıqlama verilməs də, qeyri-rəsmi informasiyalara görə, bazar günü axşam saatlarından etibarən «Avromed»in Sumqayıtdakı deposunun qapıları möhürlənib və yoxlamaların nə zaman başa çatacağı bəlli deyil.
Yaxınlıqda yaşayan Sumqayıt sakinləri də iddia edirlər ki, bu gün səhərdən etibarən depodan mal aparmaq üçün gələn bütün ekspeditsiya maşınları da gözləyirlər.
Onu da əlavə edək ki, hazırda «Avromed»ə 1200 nəfərə yaxın işçi çalışır. 15-ə yaxın filalı olan bu şirkətin istehsal etdiyi dərmanların çeşidlərə görə sayı 16 mindən çoxdur. Bu isə dərman bazarında ən böyük çeşid və filalı olan şirkətin qiymət diktə etməsinə səbəb olur
Şirkət 900-ü dövlət, 200-dən çoxu Dokta şəbəkəsi daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən 1800 aptekin təchizatçısıdır.
GUNDEMİNFO.AZ olaraq əməkdaşlarımız bazarda «Avromed»in məhsullarının satışa çıxarıldığı qiymətləri yaxın günlərdə təqdim edəcək. Analoq dərmanlarların Türkiyə və İrandakı pərakəndə satış qiymətlərinin də müqayisəli təhlilini sizlərə təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.