Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Tarix: 18-11-2018, 09:32 | Çap et
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.

Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri və valdeyinlər qarşılayıblar.

Noyabrın 14-dən 17-dək onlar Quba, Qusar, Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub.

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər-Şıxarx avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.

Şimal bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.
Vertikal.Az


Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net