Ana Sayfa > Xəbər > Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular18-11-2018, 09:32. Yazar: admin |
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb. Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri və valdeyinlər qarşılayıblar. Noyabrın 14-dən 17-dək onlar Quba, Qusar, Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər-Şıxarx avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər. Şimal bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər. Vertikal.Az Geri dön |