SOS: Marketlərdə təhlükəli içkilər satılır -“Badamlı”dan qurd çıxdı (Video)
Tarix: 28-03-2016, 15:39 | Çap et
SOS: Marketlərdə təhlükəli içkilər satılır -“Badamlı”dan qurd çıxdı (Video)
Azərbaycanda istehsal olunan meyvə şirəsinin içindən qurd çıxıb. AzNews.az-ın əməkdaşı Bahar Rüstəmlinin sözlərinə görə, qurd “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC tərəfindən istehsal olunan “Badamlı” şaftalı nektarının içindən çıxıb. Əməkdaşımız Bakıdakı marketlərdən birindən aldığı şirəni süzərkən ətrafa xoşagəlməz qoxunun yayıldığını bildirib: “Bundan sonra şirənin qabını kəsib baxdıq.
Məlum oldu ki, şirənin yuxarı hissəsi tamamilə kif bağlayıb. Kifin üzərində isə xırda qurdlar gəzişirdi. Bundan əlavə şirənin içərisində nə olduğu bilinməyən xarab kütlə yığını da var idi”.
Qeyd edək ki, şirələrin üzərində son istifadə müddəti 26.11.2016-cı il göstərilib.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net