"İndi qaçıb xaricdə gizlənib, başından da böyük təhqirlər yazır"
Tarix: 8-02-2016, 12:38 | Çap et
"İndi qaçıb xaricdə gizlənib, başından da böyük təhqirlər yazır"
"Zaur Bayramlı adında keçmiş xalq hərəkatından tanıdığım birisi var. Nə düşüncə, nə də fədakarlıq baxımından heç bir iz qoymadı. Milliyətçilik çətiri altında orada-burada girələndi. İndi qaçıb xaricdə gizlənib, bizim haqqımızda da başından böyük təhqirlər yazır. Adama deyərlər ki, bu qədər barışmaz demokratsansa, gəl öz Vətənində bunun mübarizəsini apar. Hələ bir mitinqdə belə bir-iki saat saxlanıldığını duymadım.

Bütün Zaur Bayramlı kimi qorxaq və şərəfsizlər hətta xaricdən də hakimiyyət əleyhinə bir cümlə yazmağa cəsarətləri çatmır, sosial şəbəkədə dedi-qodu ilə məşğuldurlar. Hər zaman vurğulayıram, hakimiyyətdə və ya müxalifətdə olmaq insanın ləyaqət ölçüsü sayılmaz, faydalı insan olmadıqca, hansı ölkəyə gedirsən get, oraları da sözün həqiqi mənasında batıracaqsan.

25 il keçib, bu adamlar gedib Türkiyə mədəniyyətini, Amerika medeniyyətini görüblər, inanın ki, bir misqal boyu da ağıllanmayıblar. Əslində bu adı fərdiləşdirməklə digər bu kimi düşünənlərin obrazını təqdim etmək istədim."

Fazil Mustafa, millət vəkili





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net