Əməkdar artist: "Məcbur qalıb dondurma, dönər satmışam"
Tarix: 18-05-2020, 13:03 | Çap et
Əməkdar artist: "Məcbur qalıb dondurma, dönər satmışam"


Tanınmış klarnet ifaçısı, Əməkdar artist Hüseyn Məhəmmədoğlu çətin keçirdiyi uşaqlığından söz açıb.
Musiqiçi ARB-nin "Hüseynova bacıları" verilişində pul qazanmaq məcburiyyətində qaldığı üçün dərslərə gedə bilmədiyini etiraf edib:
"1996-cı ildə atam dünyasını dəyişəndən sonra pul qazanmağa məcbur qaldım. Anam xəstə idi, ailəmi dolandırmalı idim. Mən dondurma, dönər satırdım. Buna görə dərslərə gedə bilmirdim".
Qeyd edək ki, H.Məhəmmədoğlu 35 yaşında tələbə adını qazanıb. O, hazırda Mədəniyyət və İncəsənət universitetində təhsil alır.
(baku.ws)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
25-05-2020 10:29
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net