Ana Sayfa > Mədəniyyət > Əməkdar artist: "Məcbur qalıb dondurma, dönər satmışam"
Əməkdar artist: "Məcbur qalıb dondurma, dönər satmışam"18-05-2020, 13:03. Yazar: admin |
Tanınmış klarnet ifaçısı, Əməkdar artist Hüseyn Məhəmmədoğlu çətin keçirdiyi uşaqlığından söz açıb. Musiqiçi ARB-nin "Hüseynova bacıları" verilişində pul qazanmaq məcburiyyətində qaldığı üçün dərslərə gedə bilmədiyini etiraf edib: "1996-cı ildə atam dünyasını dəyişəndən sonra pul qazanmağa məcbur qaldım. Anam xəstə idi, ailəmi dolandırmalı idim. Mən dondurma, dönər satırdım. Buna görə dərslərə gedə bilmirdim". Qeyd edək ki, H.Məhəmmədoğlu 35 yaşında tələbə adını qazanıb. O, hazırda Mədəniyyət və İncəsənət universitetində təhsil alır. (baku.ws) Geri dön |