İtaliya A Seriyasının son oyunlarına azarkeşlər buraxıla bilər
Tarix: 13-07-2020, 20:35 | Çap et
İtaliya A Seriyasının son oyunlarına azarkeşlər buraxıla bilər

İtaliya A Seriyasında çıxış edən klublar və çempionatın rəhbərliyi yerli hökumətə müraciət ünvanlayacaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar cari mövsümün son oyunlarının məhdud sayda azarkeşin iştirakı ilə keçirilməsini istəyir.

Klublar və A Seriyasının rəhbərliyi dövlətin bu istəyə müsbət cavab verəcəyinə inanır.

Qeyd edək ki, İtaliya çempionatında mövsümün başa çatmasına 6 tur qalıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net