Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3 dollar (6.11%) artaraq 49,14 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3.17 dollar (5.8%) bahalaşaraq 54,95 dollar olub.