Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Azərbaycana gəlir
Tarix: 6-04-2015, 17:55 |
Çap et
Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han sabah Azərbaycana səfər edəcək.
Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər aprelin 9-na kimi davam edəcək.
Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.
Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.