"Ən zay mallar “Baku Elektroniks”ə aiddir"
Tarix: 6-04-2015, 17:49 | Çap et
"Ən zay mallar “Baku Elektroniks”ə aiddir"
“Məişətdə çox istifadə edilən texniki avadanlıqlar haqqında şikayətlər həddindən artıq çoxdur. Müxtəlif şikayətlər arasında “Samsunq” markası birinci yerdədir”.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xaricdən gətirilərək ölkəmizdə baha qiymətə satışa çıxarılan keyfiyyətsiz texniki məişət əşyaları barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ölkəmizdə belə əşyaların satışını həyata keçirən mağazaların bir çoxu köhnə malı təzə adı ilə satır:

“Çox təəssüflər olsun ki, ölkədə qanunvericilik bazasında bu baxımdan boşluqlar var. Məsələn, qanunvericilikdə məhsulun hansı hissəsinə zəmanət verilməsi və ya verilməməsi barədə heç nə yoxdur. İstehlakçı məhsulun hansısa hissəsinin xarab olduğunu bildirəndə, satıcı ona məhsulun həmin hissəsinə zəmanət verilmədiyini bildirir. Bu birbaşa alıcının hüququnun pozulması deməkdir”.
E.Hüseynov qeyd edib ki, satıcılar qanundakı boşluqlardan istifadə edərək alıcıları aldadır:

“Biz çox istəyərdik ki, Nazirlər Kabinetinin, İqtisadiyyat və Sənaye Nazirliyinin bununla bağlı sənədi olsun. Məhz qanundakı boşluqlardan istifadə edən istehsalçılar və satıcılar həmin zəmanət verilməyən bahalı hissələri xarici ölkələrdən ucuz qiymətə alıb, burada baha qiymətə satırlar”.

Sədrin sözlərinə görə, ölkədəki qanunvericilik hüququ pozulan alıcı problemini ancaq məhkəmə yolu ilə həll edə bilər:
“Əgər müştəri aldığı məhsula görə zəmanət müddəti ərzində dəfələrlə servisə müraciət etmək məcburiyyətində qalıbsa, belə halda istehlakçı yalnız və yalnız məhkəmə iddiası qaldırmaqla hüquqlarını bərpa edə bilər. Çox təəssüf ki, istehlakçıların hüquqlarının müdafiəsi qanunvericiliyində bu məsələ açıq qalıb. Yəni müştəri ancaq 14 gün müddətinə məhsulu geri qaytara, dəyişə bilər. Bu cür halların ölkədə tez-tez təkrarlanması onu göstərir ki, ölkədə standartlara uyğun olmayan mallar gətirilir, baha qiymətə satılır və əhalinin bu cür hallar qarşısında öz hüquqlarını qoruması zəifdir”.

Xatırladaq ki, “Baku Elekroniks” mağazalar şəbəkəsi “Samsunq” markasının zay və keyfiyyətsiz məhsularını baha qiymətə satışa çıxarır. Zəmanətlə satışa çıxarılan məhsullar il ərzində dəfələrlə təmir edilməli olur. “Baku Elektroniks” Cənubi Koreyadan Bakıya gətirdiyi “Samsunq” markalı elektrik məişət əşyalarının keyfiyyəti olduqca aşağı, davamlılığı isə sıfır səviyyədədir. Belə ki, sözügedən mağazadan cəmi il yarımdır ki, “Samsunq” markalı televizor alan müştəri televizorun zəmanət müddəti başa çatmamış 4 dəfə servisə müraciət etmək məcburiyyətində qaldığı barədə redaksiyamıza məlumat və faktlar təqdim edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net