Növbəti əbləhlik: "Halal erməni lavaşı"
Tarix: 6-04-2015, 17:35 |
Çap et
Ermənistanın Azərbaycan mətbəxinə təcavüzü davam edir. Əslində, milli xörəyimiz olan dolmadan sonra lavaşa da göz dikən qonşulara YUNESKO layiqli cavab verdi.
Publika.az xəbər verir ki, ermənilər bu dəfə utanmadan üzərində “halal” yazılmış “ənənəvi erməni lavaşı”nı Belarusda satışa çıxarıblar.
Əlbəttə, "erməni lavaşı", məxsusən də üzərindəki “halal” halloqramı gülüş doğurur. Bildiyimiz kimi, hər hansı məhsulun halallıq anlayışı yalnız müsəlmanlara məxsusdur.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanovun bildirdiyinə görə, lavaşın ermənilərə heç bir aidiyyəti yoxdur və onun ənənəvi erməni çörəyi kimi təqdim olunması gülüncdür: “Görünür, ermənilər islamı qəbul ediblər, ona görə lavaşın üzərində “halal” sözü yazılıb. Ümumiyyətlə, lavaş o millətə məxsus ola bilər ki, buna oxşar çörək növü olsun – yuxa, lavaş, səngəşatır, qatlama, paxlava və s. Tarix boyu heç vaxt ermənilərdə nə dolma, nə də lavaş sözü işlənib".
Qeyd edək ki, lavaşın yalnız onlara məxsus olmasını iddia edən ermənilər bunun YUNESKO-nun Reprezentativ siyahısına salınması üçün müraciət etmişdilər. YUNESKO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşmışdı. Lakin Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı Azərbaycan və Türkiyənin birgə səyi ilə alınıb və Komitə tərəfindən qəbul edilməyib.
İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olsa da, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil. Beləliklə, lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb.
Əslində, ermənilərin gördükləri hər şeyi, olduqları hər yeri özlərininkiləşdirmələri adi haldır və heç də təəccüb doğurmur. Hətta bura “halal” halloqramını da qoşublarsa, haramzadalıqlarını yaxşıca nümayiş etdiriblər.