İslam Dövləti yaraqlıları Suriyada kilsəni partladıb
Tarix: 6-04-2015, 17:32 |
Çap et
İslam Dövləti yaraqlıları Suriyanın şimal-şərqindəki Hassaka əyalətində 80-çox yaşı olan kilsəni partladıb.
Rəsmi medianın məlumatına görə, bu, şənbə günü, Pasxa bayramında baş verib.
SANA agentliyinin məlumatına görə, yaraqlılar kilsənin içərisinə partlayıcı qurğu qoyublarmış.
İtki barədə məlumat verilmir.
Hazırda bu ərazidə xristian və kürd birləşmələri ilə İslam Dövləti yaraqlıları arasında savaş gedir.
İslamçı yaraqlılar bu ilin fevralında Suriyanın şimal-şərqində xristian icmasına daxil olan 200-dən çox assuriyalını girov götürüblər.
Onlardan 19-u ötən ay azad edilib, qalanlarının taleyi isə hələlik bəlli deyil.
2011-ci ildə Suriya müharibəsi başlamazdan əvvəl, Suriyada 40 minədək assuriyalı və 1 milyon 200 min xristian yaşayırdı.
İslam Dövləti yaraqlıları xristian abisələri ilə yanaşı şi və sufi məbədlərini də dağıdıblar.