Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb
Tarix: 6-04-2015, 17:09 |
Çap et
Bu gün Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. APA-ının “Habertürk”ə istinadən verdiyi məlumata əsasən, yerli vaxtla 13.00-da ölkədə “Facebook”, “Twitter” və “YouTube” sosial şəbəkələrinə giriş məhkəmə qərarı ilə dayandırılıb.
Bir qədər sonra “Facebook” açılıb. Prezident aparatının sözçüsü İbrahim Kalın sosial şəbəkələrə girişin prokuror Mehmet Səlim Kirazın görüntüləri ilə əlaqədar məhdudlaşdırıldığını, lakin hazırda hər hansı problemin olmadığını söyləyib.