“Məndə orta yoxdur” - Aygün
Tarix: 6-04-2015, 16:37 | Çap et
“Məndə orta yoxdur” - Aygün
Xalq artisti Aygün Kazımova yeni geyim tərzindən söhbət açıb.

“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Onlar” verilişinə açıqlamasında bir müddət uzun ətəklər geyinəcəyini bildirib: “Bu modelyerim Bessonun mənim üçün düşündüyü imicdir. Uzun ətəkli imicimi çox sevdim. Məndə orta yoxdur. Ya çox uzun, ya çox qısa ətək geyinməliyəm. Modelyerimə demişəm ki, bir müddət bu imicdə qalım”.

Kazımova türk müğənnilərindən birinin onun “Düşün məni” mahnısını ifa edəcəyini də açıqlayıb: “Türkiyənin tanınmış musiqiçisi Murad Yetər mənə zəng etdi. Bildirdi ki, “Düşün məni” mahnısını türk müğənnisi oxumaq istəyir. Dedim ki, qurbandı. Kimin oxuyacağını bilmirəm. Bilirəm ki, Murad Yetər elə-belə müğənniyə mahnımı verməz. “Yenə tək” mahnımı Ajda Pekkan və Müslüm Gürsəs ifa edib. Müslüm Gürsəsin də ifasını çox bəyənmişdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net