"Manatın ikinci dəfə devalivasiyası gözləniləndir" - Zahid ORUC
Tarix: 6-04-2015, 15:19 | Çap et
"Manatın ikinci dəfə devalivasiyası gözləniləndir" - Zahid ORUC
Millət vəkili Zahid Oruc Hafta.az-a müsahibəsində manatın devalivasiyası və İranla bağlanan müqavilənin Azərbaycana təsirləri barəsində danışıb.

Müsahibəni təqdim edirik:

- İranla olan razılaşma dünyada hansı dəyişikliyə səbəb olacaq?

- İranla “altılıqlar”ın razılaşmasından sonra bir çoxları hesab edirlər ki, dünyanın həm siyasi, həm də iqtisadi sistemində böyük dəyişikliklər baş verəcək. Həqiqətən də ötən illərdə həyata keçirilən iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra bu Avropa bazarına çıxarılacaq enerji resurslarının həcmində dəyişikliyə səbəb olacaq. 2 aprel tarixindən etibarən bir çox beynəlxalq şərhçiləri izləməkdəyəm. O cümlədən, MDB məkanından İran məsələsi ilə bağlı baxışı təhlil edirik. Düşünürəm ki, burada bir neçə məqam unudulur.

- Manatın devalivasiyasını da unudulan məqam hesab etmək olarmı?

- Manatın devalivasiyası da əslində bu kontekstdə nəzərdən keçirilməlidir. Biz dünənə qədər Rusiyanın əleyhinə yönələn sanksiyaları izah edərkən, söyləyirdilər ki, bunun ən başlıca səbəbələrindən biri Amerika qazının və ya neftinin son beş ildə 70 faiz artmasıdır. Rusiyanın sıxışdırılmasının başlıca səbəbi kimi qeyd etdiyimiz məsələ göstərilirdi. ABŞ Qərb dövlətlərini Rusiya ilə düşmənçiliyə məcbur edir. Yəni ki, öz bazar imkanlarını genişləndirir. Fransa-Atlantik ticarət doktarinası kimi mühim bir layihə də meydana çıxıb. Amerika bu layihəni addım-addım həyata keçirməkdədir. Hesab edirəm ki, bu Marşal planından da fərqli konsepsiyadır. Əgər belədirsə, nəin ki Rusiya, İranın da resursları Amerikanın maraqlarına zərbə vuracaq.

- İranın bazara daxil olması, bu neftin qiymətinə necə təsir edəcək?

- Etiraf etmək lazımdır ki, əgər İran bazara əvvəlki səviyyədə daxil olarsa, avtomatik neftin qiymətinin aşağı düşməsi qaçılmaz olacaq. Bu halda manatın ikinci devalivasiyası və ya üzən kurs siyasətinə keçilməsi ehtimalı Elman Rüstəmov tərəfindən də inkar edilmədi. Ancaq hesab edirəm ki, burada bir neçə məqam nəzərə alınmalıdır. Ümumiyyətlə, milli pul vahidi qeyri-sabit olursa bu avtomatik iqtisadi proseslərə gözləmələrə, aktivliyin azalmasına səbəb olur. Əminəm ki, Azərbaycan hökuməti buna getməyəcək.

- Devalivasiya etməyəcəyiksə, alternativ yol nədir?

- Əgər gömrük rüsumlarında, vergi dərəcələrində dəyişikliklər edəriksə, manatın devalivasiyası əhalinin maraqlarına mənfi təsir göstərməz. Bu kompleks tədbirlər sırasında olacaq hadisəyə çevrilməlidir. Manat üzərində həyata keçirilən əməliyyatlar əgər digər iqtisadi müdafiə tədbirləri ilə möhkəmləndirilirsə, bu istənilən ölkədə mənfi nəticələr doğura bilər. İqtisadi sahədə şərhlər verənlərin ötən dəfə xalqı sakitləşdirmək mövqeyi müşahidə olunurdusa, indi isə ən mənfi proqnozlar verilməkdədir. Bir daha qeyd edim ki, əlbbətə, obyektiv gerçəklik var. Bu İranla olan razılaşmadır. Düşünürəm ki, İran ətrafında olan razılaşmalar hələ iyuna qədər çəkəcək. Ondan sonrakı dövrdə yeni razılaşmalar, sanksiyaların tədricən aradan qaldırılması da müəyyən qədər zaman alacaq. Bütün bunları nəzərə alaraq, 2015-ci ildə manatın kəskin devalivasiyasını gözləmirəm. İndi imkan vermək lazımdır ki, sahibkarlar öz məhsullarını Azərbaycandan kənara çıxarsınlar. Bununla da neftdən kənar dollarlar ölkəyə daxil olacaq. Bu da ayrıca dəyər yaradacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net