Krımda insan haqlarının durumu Rusiya regionlarından pisdir
Tarix: 6-04-2015, 12:56 | Çap et
Krımda insan haqlarının durumu Rusiya regionlarından pisdir
Rusiyanın anneksiya olunmuş Krıma təyin etdiyi insan haqları komissarı deyir ki, yarımadada insan haqlarının durumu Rusiya regionlarında olduğundan daha pisdir. Rusiya ötən ilin martında Ukraynanın Krım yarımadasını qanunsuz olaraq özünə birləşdirib.

Kreml ötən ilin oktyabrında insan haqları komissarı postunu yaradıb və Lyudmilla Lubina-nı bu vəzifəyə təyin edib.

İnterfax agentliyinin aprelin 5-də yaydığı məlumatda Lubina deyir ki, “Krım heç Rusiyanın orta həddinə belə çatmayıb”. “Hər gün ofisimizə 100-dək adam gəlir, ötən ildən insan haqları pozuntularına dair mindən çox şikayət göndərilib,” Lubina deyib.

Lubina əlavə edib ki, “qoruma və yardıma ehtiyacı olanların sayı azalmır”. Ancaq o, ofisinə konkret hansı şikayətlərin olunduğunu bildirməyib.

Lubina Krımda insan haqlarının durumunun getdikcə yaxşılaşdığını da sözlərinə əlavə edib və linqvistik hüquqların qorunmasında təkmilləşməni vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net