Partiya qərargahında pornoqrafik film çəkildi
Tarix: 6-04-2015, 12:32 |
Çap et
Britaniyanın Liberal-Demokrat Partiyasının tanınmış üzvlərindən biri, 50 yaşlı Mişel Gent həbs olunub.
Onun həbsi ilə bağlı böyük qalmaqal yaranıb.
Sən demə, bu siyasətçi xanım rəhbərlərindən biri olduğu partiyanın qərargahlarından birindən pornoqrafik filmin çəkilişi üçün istifadə edib.
Hafta.az The Mirror-a istinadən bildirir ki, "The Exorcist Chronicles and Rise of the 4th Reich" adlı pornoqrafik film sadomazoxizm janrında çəkilib.
Filmdəki çoxsaylı zorakılıq səhnələrinin çəkilişində butafor qandan, qamçı, şallaq və bıçaqlardan istifadə olunub.
Britaniya Liberal-Demokrat Partiyasının Nottingemşir qraflığındakı Eşfild şəhərindəki qərargahında pornoqrafik filmin çəkilişləri ilə bağlı 50 yaşlı Mişel Gent polisdə ifadə verir.
Bir nəvəsi olan Gent "demokratik ölkədə yaşadığını və yaradıcılıqla məşğul olduğunu" deyib.
Partiyanın yaydığı bəyanatda bildirilir ki, çəkilişlərin aparıldığı bina müşavir Reyçel Meddenə məxsus olub və o, tikilini bu yaxınlarda 80 min funt-sterlinqə satıb.