Ukraynadan şokolad “payı” – Azərbaycan üçün
Tarix: 6-04-2015, 11:52 |
Çap et
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun “Maydandan Maydana” kitabının təqdimat mərasimindəki çıxışını xatırlayırısınızmı? Sonradan həmin açıqlamaya müəyyən düzəlişlər verilsə də səfirin birinci açıqlaması artıq işini görmüşdü. Biz siqnalı aldıq: Ukrayna Azərbaycan nüməyəndə heyətinin AŞ PA-nın qış sessiyasında Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların vaxtının uzadılması və genişləndirilməsini nəzərdə tutan sənədin əlehinə səs verməsindən incik düşüb. Odur ki, rəsmi Kiyevin Azərbaycanla münasibətlərə soyuqluq qatacağı gözlənilən idi.
Səfir öz açıqlaması ilə ortaya sual atmışdı: Ukrayna Azərbayacana qarşı hansı addımları ata bilər? Müxtəlif təxminlərlə çıxış edənlər oldu. Lakin heç kəs ağlına gətirmirdi ki, MDB ölkələri arasında daha isti yanaşdığımız, özümüzə dost bildiyimiz Ukrayna da kürəyimizə bıçaq saplamaq həvəsinə düşəcək. Erməni kartı ilə silahlanmağın başqa adı varmı?..
Ukraynanın etiraz əlaməti olaraq bizə qarşı hansı addımlar ata biləcəyini götür-qoy edərkən bir çox versiyaların üzərində dayana bilərdik. Lakin Ali Radaya 1915-ci il hadisələrinin Ukraynada "soyqırım" kimi tanınmasını nəzərdə tutan qanun layihəsi təqdim etmək kimi oyun qurulacağını qətiyyən düşünmədik və düşünə də bilməzdik. Dost küsə və nədənsə narazı qala bilər, amma iyrənc oyunlara getməz, şantaja əl atmaz...
Bu qədər dərinə getməyə dəyərdimi?
Amma oldu. Güvəndiyimiz, dəstək verdiyimiz, acısına üzüldüyümüz, uğurlarına sevindiyimiz... futbol millisinə belə azarkeşlik etdiyimiz Ukrayna da Azərbaycana və Türkiyəyə qarşı “Erməni soyqırımı” kartından istifadə etmək kimi axmaq bir hərəkətə yol verdi. AŞ PA-dakı səsverməyə görə bu qədər dərinə getməyə dəyərdimi? Azərbaycan nümayəndə heyətinin səsi həlledici rolmu oynayırdı? Sənədin əleyhinə səs verməklə Ukrayanın ərazi bütövlüyünü təmin olunmasının qarışısınımı almışdıq? 160 deputat həmin sənədin lehinə, 42 deputat isə əleyhinə səs verib(Səsvermənin nəticəsilə buradan tanış olmaq olar - http://assembly.coe.int/nw/xml/Votes/DB-VotesResults-EN.asp?VoteID=35392&DocID=15327). Azərbacanlı deputatlar AŞ PA-nı hansı ruhda kökləndiyini bililə-bilə sənədə qarşı çıxıblar. Burada isə söhbət Rusiyanı dəstəkləməkdən yox, AŞ PA-nın məsələlərə ikili yanaşmasına etirazdan gedə bilər. Necə ki, Azərbaycan Parlament rəhbərliyi tərəfindən də məhz belə bir izahat verilib. Burada aydn olmayan nə var ki? Azərbaycan Ermənistanın işğalına məruz qalmış ölkədir. AŞ PA ölkələrin işğalçılıq meyillərinə belə prinsipial yanaşırsa, onda analoji addımlar Rusiyadan əvvəl Ermənistana qarşı atılmalı idi. Yəni doğrudanmı Ukraynanın hazırkı hakimiyyətini təmsil edənlər arasında Azərbaycanın vəziyyətini və onun deputatlarının əslində hansı səbəbdən belə davrandıqlarını analiz edib doğru nəticəyə gələ biləcək adamlar yoxdur? Niyə AŞ PA və digər beynəlxalq qurumlar Ukraynanın ərazi bütövlüyü məsələsinə əlahiddə münasibət göstərməli, Azərbaycanın probleminə gələndə isə Ermənistana “gözün üstə qaşın var” deməməlidrlər? Bu vaxta qədər Ermənistan nümayəndə heyətinə qarşı da oxşar sənədlər müzakirəyə çıxarılıbmı? Azərbaycanın ərazi bütövlüyünü pozduğuna görə Ermənistanın AŞ PA-dakı təmsilçiləri rusiyalı deputatların üzləşdiyi mütəşəkkil etiraz forması ilə qarşılaşıblarmı? Əgər rəsmi Kiyev Azərbaycan nümayəndələrinin sözügedən sənədə qarşı mövqeyini Ukraynanın ərazi bütövlüyünə münasibətin göstəricisi kimi qiymətləndirirsə, onda ötən il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin leyhinə verdiyimiz səs nəyin göstəricisidir? Bunu Ukraynada bilməyən varsa, izah edirik: BMT Baş Assambleyasında Ukraynanın lehinə verilən səs rəsmi Bakının mövqeyidir. AŞ PA-dakı səsvermədə isə Azərbaycanın 6 deputatı iştirak edib. Onlardan yalnız 2-si hakim partiyanı təmsil edir. 2 nəfər müxalifət partiyasının nümayəndəsi, 2 nəfər isə bitərəfdir. BMT-də faktiki olaraq Ukraynanın ərazi bütövlüyünə qarşı səs vermiş ölkələri də xatılradaqmı? Buyurun, bu da siyahı:
1. Ermənistan
2. Belarus,
3. Boliviya
4. Kuba,
5. Şimali Koreya,
6. Nikaraqua,
7. Rusiya,
8. Sudan,
9. Suriya,
10. Venüsuela
11. Zimbave
İndi biz Ukraynalı dostlarımızdan soruşuruq: Azərbaycan və Türkiyənin rəsmi mövqeyi BMT-də açıqlandığı və həmin səsvermədə ermənilərin faktiki olaraq Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdiyi halda, sizin Ali Radada qondarma “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarmaq istəyiniz ədalət axtaran bir ölkənin vərəndaşları üçün ayıb sayılmazmı?
Dlimizdəki: “Slava Ukraine”
Azərbaycan Ukraynaya zərər vura biləcək hər hansı addım atmayıb. Azərbaycanlılarda Ukraynaya qarşı həmişə xüsusi bir sevgi olub. Ola bilər ki, kimlərsə unudub, amma ukraynalılar yaxşı bilirlər ki, ən ağır günlərində azərbaycanlılar onların yanında olub. Maydandakı gərgin günlərdə Azərbaycan diasporunun təmsiçiləri onlarla çiyin-çiyinə dayanıb, Ukraynanın əraziləri üzərində suverenliyinin bərpa olunması uğrunda mübarizədə yer almaqdan çəkinməyiblər. Bəyanatlar veriblər, çağırışlara, müraciətlərə qoşulub – “Slava Ukraine” deyiblər. Döyüşlərdə həlak olan, Ukraynanın ərazi bütövlüyünə canını qurban verən azərbaycanlılar var. Biz heç vaxt dostu darda qoymamışıq. Ümid edirik ki, Ukrayna-Azərbaycan dostluğuna dəyər verən, əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini dərk edən Rada təmsilçiləri bu münasibətlərə xələl yetirəcək addımlar atılmasına imkan verməyəcəklər.
Saxta sevgi və açı həqiqət
Görünür qondarma soyqırımla bağlı sənədi parlamentə təqdim edən deputat Vitaliy Barvinenko Azərbaycanla Ermənistanı səhv salıb və elə bilir ki, Rusiyanın hərbi bazası Azərbaycanda yerləşir. Xeyir, cənab deputat, Rusiyanın hərbi bazası Ermənistanın Gümrü şəhərindədir. 102 saylı bu hərbi bazada “Miq 29” təyyarələrindən, tanklardan, toplardan tutmuş S-300 zenit-raket komplekslərinə qədər çeşidli hərbi resurlaslar yerlşədirilib. Rusiya ilə hərbi müttəfiq olan ölkə də biz deyilik, Ermənistandır. Ölkələr arasında hərbi kontingentin 2044-cü ilədək Ermənistanda qalmasına icazə verən saziş imzalanıb. Bax, elə bütün bunlara və özünün işğalçı mahiyyətinə görə Ermənistan BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədin lehinə səs vermədi. Yəni doğrudanmı Azərbaycanın 6 deputatının AŞ PA-dakı səsi sizi Ermənistanın rus hərbi platsdarmına çevrilməsi faktından daha çox incidr?.. Budur sizin prinsipiallığınız? Ukraynanın ərazi bütövlüyünü tanımayan ermənilərin qondarma soyqırım iddiasını Ali Radanın müzakirəsinə çıxarmaq niyyətindəsizsə, bu artıq sizin öz dövlətinizə, bayrağınıza və torpağınıza olan münasibətin göstəricisidir. Deməli, müqəddəs dediyiniz nəsnələrə dəyər vermirsiniz. Sevginiz də saxtadır, tanınmasını istədiyiniz soyqırım kimi. Sərt oldu, deyilmi? Gərək razılaşasız, HƏQİQƏT “Roşen” konfetləri kimi şirin olmur...Nicat Dağlar (Azərfax)