Savaş meydanına dönən Ukraynadakı Azərbaycan gəncləri nə düşünür
Tarix: 6-04-2015, 10:38 | Çap et
Savaş meydanına dönən Ukraynadakı Azərbaycan gəncləri nə düşünür
Ukrayna Azərbaycanlı Gənclər birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirovanın SİA-ya müsahibəsi:

- Elza xanım, Ukraynadakı Azərbaycanlı gənclər təşkilatlarının bir-biri ilə əlaqələrini qənaətbəxş hesab etmək olarmı?

- Rəhbərlik etdiyim Ukrayna Azərbaycan Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatı demək olar ki ən fəal təşkilatlardan biridir və region təşkilatlarla birgə fəal işlər görərək öz vətənimizi və xalqımızı qərib olkədə təmsil edirik. Ukraynada yaşayaraq biz təşkilatlar hər zaman sıx əlaqə saxlayırıq və yeni ideyalarımızı paylaşırıq. Mənim fikrimcə, güc birlikdədir və biz qərib ölkədə bir-birimizə mənəvi dəstəyik.

- 2010-cu ildə Dnepropetrovsk şəhərində Ukraynadakı azərbaycanlı gənclərin birinci forumu keçirildi. Forumdan ötən müddət ərzində qarşıya qoyulan vəzifələr nə dərəcədə yerinə yetirilib?

- Təşkilatın qarşısına qoyduğu başlıca məqsəd Ukraynada yaşayan və təhsil alan gəncləri Birlik ətrafında toplamaq, bu gənclərin öz milli dəyərlərini qorumaq şərti ilə Ukrayna ictimaiyyətinə inteqrasiyanın təmin olunmasıdır. Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) bu müddət ərzində ölkənin 19 vilayətində yaşayan və təhsil alan gəncləri birləşdirməyi bacarıb. Biz birlikdə 250-dən çox layihə həyata keçirmişik. Əsas fəaliyyət istiqamətimiz Azərbaycan haqqında həqiqətlərin Ukrayna ictimaiyyətinə düzgün və dolğun çatdırılmasıdır.

- Sizcə, Azərbaycanın milli və dövlətçilik maraqlarının, xüsusilə də Dağlıq Qarabağ həqiqətlərinin dünya xalqlarına, eləcə də ukraynalılara çatdırılmasında Azərbaycandan kənarda yaşayan soydaşlarımızın üzərinə hansı vəzifələr düşür?

- Biz çalışırıq ki, Vətənimizin tarixini, incəsənətini və bu gün ki həqiqətlərini yerli ictimaiyyətə yetərincə çatdıraq. Çünki, bu bizim vətənpərvərlik borcumuzdur. Tam qətiyyətlə deyə bilərik ki, ( artıq 15 ilə yaxındır ki, siz bunun canlı şahidisiniz) biz buna yuksək səviyyədə nail oluruq. UAGB Xocalı soyqırımı ilə bağlı hazırladığı "Haradadır ədalət !”, “ Xocalıya Ədalət !" video çarxı Ukraynanın bir sıra televiziya kanallarının və informasiya portallarının diqqətindən yayınmayıb. Ukraynanın 5-ci televiziya kanalı və “newsplanet” informasiya portalı Xocalıya ədalət video çarxını yayımlamaqla Xocalı soyqrımının uşaqlara vurduğu mənəvi-psixoloji zərbənin gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xarakterizə edərək, ölkə ictimaiyyətini Ukraynanın indiki ağır dönəmində Xocalı qətliamından tarixi dəsr çıxarmağa səsləyiblər.

- Azərbaycanın güclənməsi xaricdə yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. Bu baxımdan bu gün ki, güclü Azərbaycan sizlərin yaşayışınıza və fəaliyyətinizə hansı yeni imkanlar yaradır?

- Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Həmin siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektirlidir”.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net