"Bu, Azərbaycan dövlətinin milli mənafeyinə uyğundur"
Tarix: 6-04-2015, 10:09 | Çap et
"Bu, Azərbaycan dövlətinin milli mənafeyinə uyğundur"
"İnsanlar hər şeydən razı qala bilməzlər. Ancaq milli mənafe, dövlət mənafeyi də nəzərə alınmalıdır"
Bunu Milli.Az-a açıqlamasında "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Avropa Olimpiya komitəsi 49 dövlətin olimpiya komitəsini özündə birləşdirir. Bunlardan 47-si Azərbaycanda keçirilən tədbirdə iştirak edəcək. Minlərlə oyunçu, minlərlə jurnalist gələcək və Azərbaycanı daha çox tanıdacaq.

"Bəlkə də, elə dövlətlər var ki, onların tanınmağa ehtiyacları olmadığından belə problemləri yoxdur. Ancaq dünyadakı erməni lobbisi və onları tərəfdarları ölkəmizi və xalqımızı mədəniyyətdən kənar, vəhşi cəmiyyət kimi təqdim edirlər. Azərbaycanın yüksək mədəniyyətə malik olan və sülhsevər xalq olduğu dünyaya nümayiş etdirilməlidir", - Kərimli əlavə edib.

Avropa Oyunlarının dünyanın bir çox ölkələrində nümayiş etdiriləcəyini xatırladan partiya sədri hesab edir ki, Azərbaycan adını bilməyən yüz milyonlarla insan ölkəmizin varlığından xəbər tutacaq, mədəni bir dövlət olduğunu, ermənilərin təqdim etdiyi kimi təcavüzkar olmadığını görəcəklər.

"Bu, Azərbaycan dövlətinin milli mənafeyinə uyğundur. Ölkəmizin dünyadakı müsbət obrazının yaradılmasına xidmət edir və çox faydalıdır. Olimpiya oyunlarına çəkilən xərclər sonradan özümüzə qalacaq. Yaradılan infrastruktur ölkəmizdə idmanın daha da inkişafına şərait yaradacaq", - o vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net