“Bakı”da ara qarışdı: “Açarları dəyişdiriblər…” - Video
Tarix: 6-04-2015, 08:56 | Çap et
“Bakı”da ara qarışdı: “Açarları dəyişdiriblər…” - Video
“Qarabağ"la oyundan öncə baş məşqçi İbrahim Uzuncanın istefa xəbəri yayılsa da, oyun zamanı türkiyəli çalışdırıcı işinin başında görünüb.

Axar.azın xəbərinə görə, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra “Bakı”nın baş məşqçisi jurnalistlərə açıqlama verib. Yayılan söz-söhbətin direktor Yaşar Seyidovun hiyləsi olduğunu iddia edən çalışdırıcı qələm əhlindən kömək istəyib:

“Mən heç bir zaman "oyuna çıxmayacayağıq" deyə bir sözü ağzımdan çıxartmamışam. Düzdür, oyundan əvvəl bir sıra problemlər var idi, oyunçular maaş probleminə görə məşqə çıxmadılar. Amma gördüyünüz kimi, futbolçularım meydana çıxdı, aslanlar kimi mübarizə apardılar. Mən onların hamısının alnından öpürəm. 10 ildir ki, bu klubda çalışıram, bazada yetişən bütün uşaqları öz balam kimi tanıyıram. Bu müddət ərzində Hafiz Məmmədovun dəstəyini-qayğısını hiss etmişəm, onun çörəyini yemişəm. Heç vaxt ona arxa çevirmərik. Mən və futbolçularım o kişinin başı aşağı olmasın deyə, sona kimi mübarizə aparacağıq. Kim futbolçulara may ayına qədər maaşların ödəniləcəyini söz vermişdisə, indi də ortaya çıxsın".

O bildirib ki, idarəçiliklə, pulla bağlı məsələlərə qarışmır:

“Mənim işim futbolçuları yetişdirmək, onları oyuna hazırlamaq və meydana çıxarmaqdır. Yaşar Seyidovdan soruşun görək, bir ay bundan əvvəl istefa vermişəm deyən adam indi bazada nə gəzir? Mənim otağımın açarlarını belə dəyişdiriblər ki, ora daxil ola bilməyim. Bütün bu işlərin başında Seyidov dayanır. Oyundan öncə də mənim istefamla bağlı xəbərlər onun vasitəsiylə yayılıb. Heç yerə getməmişəm. Bizim bir rəhbərimiz var, o da Hafiz Məmmədovdur”.







Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net