"Evim yoxdur" - Samira
Tarix: 4-04-2015, 17:30 | Çap et
"Evim yoxdur" - Samira
Müğənni Samira Allahverdi yeniliklərindən danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi maraqlı layihələr hazırladığından xəbər verib:

"Yeni mahnı yazdırmışam, idmançılarımıza hədiyyədir. Xarici bəstədir, sözlərini Sevinc Şirin yazıb. Buna Ülviyyə Könülün rejissorluğu ilə klip də çəkdirəcəm. İdmanı sevdiyim üçün bu mövzuya müraciət etdim. Klipdə Azərbaycan bayrağını xaricdə qaldıran idmançılarımızı görəcəksiniz. Musiqisi Rüstəm Qədirli, sözləri dicey Nurlanaya aid olan "Çarəsizəm" mahnısına da klip çəkdirəcəm. Bunun üçün Ukraynadan yaradacı heyət gələcək. Planlarım çoxdur, hamısına pul lazımdır. Mən hər şeyi özüm edirəm, heç kimdən kömək almıram".

S.Allahverdi ən böyük arzusunun mənzil almaq olduğunu deyib:

"Çox istəyərəm mənzilim, öz rahat otağım olsun. Mənim ev problemim var. Şəxsi evim yoxdur. Fərqi yoxdur bina, yoxsa həyət evidir, əsas orada sevgi, istilik olsun".





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net