Qamətdən sələfilərə çağırış - `Mitinqə getməyin`
Tarix: 4-04-2015, 16:23 |
Çap et
“Hakimə qarşı etiraz etmək düzgün deyil. O, ölkənin prezidentidir. Ona qarşı çıxmaq isə dini baxımdan qadağandır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanlı sələfilərin lideri Hacı Qamət Süleymanov deyib.
Q. Süleymanov dindarların Milli Şuranın aprelin 5-nə təyin etdiyi aksiyaya çağılmasına münasibət bildirərək qeyd edib ki, heç bir sələfi təriqətinin nümayəndəsi mitinqə qatılmayacaq:
“Biz siyasətə qoşulmağın əleyhinəyik. Xüsusi ilə də biz nümayiş və etiraz aksiyalarının əleyhinəyik. Sələfilər heç vaxt nümayişə çıxmayıblar, çıxmayacaqlar da. Dindarların etiraz aksiyasına dəvət edilməsi sözdən başqa bir şey deyil. Buna qoşulmaq olmaz. Kimliyindən aslı olmayaraq dindarları belə bir aksiyaya dəvət etmək düzgün deyil”.
Qeyd edək ki, Milli Şura aprelin 5-nə aksiya təyin edib. AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı isə ölkə dindarlarını Milli Şuranın mitinqinə çağırıb.