Sonunda bu da oldu: 14 yaşlı qız dayısı ilə qaçıb
Tarix: 9-03-2015, 18:26 | Çap et
Sonunda bu da oldu: 14 yaşlı qız dayısı ilə qaçıb
Almaniyada baş verənlər bütün dünyanı şoka salıb. ANS PRESS-in məlumatına görə, Brandenburq əyalətində yaşayan 14 yaşlı qız doğma dayısına qoşularaq qaçıb.

Qızın valideynləri bildiriblər ki, 14 yaşlı Jozofina Marina Petriz həmişə dayısı ilə səmimi münasibətdə olub. Bacısı qızına göz qoyan 47 yaşlı Qerit Heyger isə azyaşlı qızı yoldan çıxartmaq üçün əlindən gələni edirmiş.

Hadisə baş verən gün Marina Petriz dərsdən çıxıb, evə gedirmiş. Bu zaman dayısı onu ötürmək üçün maşına dəvət edib. Qizın sinif yoldaşları bildiriblər ki, gənc qız dayısı ilə maşında öpüşüblər.

Sonradan onlar qeyri-müəyyən istiqamətə gediblər.

Qızın valideynləri ehtimal edirlər ki, Marina Petriz ilə dayısı Fransaya qaçıblar. Qızın atası polisə bildirib ki, baş verənlərdən şoka düşüb: “Onların arasında dayı-bacıqızı münasibətləri vardı. Bilmirəm nə baş verib. Təkcə istəyim balamızın evə sağ-salamat qayıtmasıdır”.

Polis 47 yaşlı Qerit Heyger barəsində azyaşlı qızın qaçırılması və insan alveri maddəsilə cinayət işi açıb. Hazırda onun axtarışlarına başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net