Kamal Abdulla Slavyan Universitetində müşavirə keçirdi
Tarix: 4-04-2015, 12:23 | Çap et
Kamal Abdulla Slavyan Universitetində müşavirə keçirdi
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı Slavyan Universitetində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, habelə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə müşavirə keçirilib.

Lent.az-ın məlumatına görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev iclası açaraq “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən ənənəvi Beynəlxalq konfransa hazırlıq mərhələsində Təşkilat komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

BSU-nun rektoru Asif Hacıyev konfransa hazırlıqla bağlı məlumat verib, nəzərdə tutulmuş işlərin qısa müddətdə həyata keçiriləcəyini bildirib.

İclasda Heydər Əliyev irsinin tədqiqi və Azərbaycançılıq ideyasının təbliğinə, ölkəmizdə multikultural cəmiyyətin xüsusiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemləri ilə bağlı bölmələrin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, mətbuatın işə cəlb olunması, konfrans materiallarının çapı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

İclasda Xocavənd, Qax, Beyləqan, Tərtər və digər ərazilərdə keçiriləcək tədbirlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb, xarici qonaqların Azərbaycanın tarixi yerləri ilə tanışlığının nəzərdə tutulduğu vurğulanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net