Neftin qiyməti 10 dollara düşə bilər - Proqnoz
Tarix: 4-04-2015, 11:39 | Çap et
Neftin qiyməti 10 dollara düşə bilər - Proqnoz
Yaxın perspektivdə dünya bazarında neftin qiyməti 20 ABŞ dolları/barel, hətta 10 dollar/barelə qədər geriləyə bilər. Lakin bu, baş verərsə, daha sonra qiymət qısa müddət ərzində yenidən sürətlə artmağa başlayacaq və hazırkı vəziyyətə qədər yüksələcək. "Report"un məlumatına görə, "Capital Economics" investisiya şirkətinin xammal bazarları üzrə şərhçisi Tomas Pyu hesab edir ki, bu dinamika İrana qarşı hazırda qüvvədə olan iqtisadi sanksiyalar aradan qaldırılacağı təqdirdə baş verə bilər.

"Bloomberg" agentliyinin ekspertləri də hesab edirlər ki, İran neftinin dünya bazarına geri qayıtması ilə 1 barel xammalın qiymət 10 dollara düşəcək.

Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç isə bildirib ki, İran neftinin bazara daxil olması neftin qiymətinə təsir etməyəcək və qiymət 50-60 dollar/barel səviyyəsində qalacaq.

Bundan əlavə, ABŞ-ın hesablamalarına görə, hazırda İranın tankerlərdə 7-17 mln. barel, "EA Gibson Shipbrokers Ltd." broker şirkətinin məlumatına görə isə 34,5 mln. barel satışa hazır neft ehtiyatı mövcuddur. "Goldman Sachs"ın analitiklərinin hesablamalarına görə, İran ixracını ancaq 2015-ci ilin ikinci yarısında artıra bilər. Lakin ehtiyat neftini bu müddətdə satması da bazardakı təklifin artmasına səbəb olacaq.

Qeyd edək ki, BP, "Shell", "Total" və "LUKoil" şirkətləri İrana qarşı sansksiyaların ləğv olunacağı təqdirdə bu ölkədə neft sahəsində fəaliyyətə başlaya biləcəklərini bildirib.

Xatırladaq ki, İrana qarşı hazırda qüvvədə olan embarqo 2012-ci ildə tətbiq edilib. Avropa İttifaqı (Aİ) İran neftinin idxalına qadağa qoyub, öz şirkətlərinə 1980-ci ildən İran neftini almağa qadağa qoyan ABŞ isə ikinci dəfə sanksiya tətbiq edərək bu dəfə üçüncü ölkələri İran neftini almağı qadağan edib.

Nəticədə, İran neftinin ixracı 2011-ci ildə 2,5 mln. bareldən 2013-cü ildə 1,1 mln. barelə qədər azalıb və İran OPEC üzvü ölkələri arasında neft hasilatının həcmınə gorə ikinci sıradan beşinci sıraya geriləyib (Səudiyyə Ərəbistanı, İrak, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən sonra).

Lakin 2013-cü ildə sanksiyaların bir qədər yumşaldılmasından sonra İran neft ixracını gündəlik 1,4 mln. barelə yüksəldib. Artan satışın əsas alıcıları qismində isə Çin və Hindistan çıxış edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net