Türkiyədə prokurorun ölümündə Bəşər Əsəd İZİ
Tarix: 4-04-2015, 10:57 |
Çap et
Türkiyədəki Gəzi parkı hadisələri zamanı öldürülən Berkin Əlvanın işi ilə bağlı istintaq aparan prokuror Mehmet Səlim Kirazın Xalq Qurtuluş Partiyası –Cəbhəsi (DHKP-C) terrorçuların tərəfindən öldürülməsi məsələsində yeni iddia ortaya atılıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiada Suriya prezidenti Bəşər Əsədin DHKP-C-yə dəstək verdiyi bildirilir. Məlumata görə sözügedən terror şəbəkəsi Suriyanın şimalında hərbi təlim düşərgəsi qurmaq üçün PKK-nın Suriya qolu PYD ilə müzakirələr aparıb.
DHKP-C-nin 2013-cü ildən bəri silah-sursatla təmin edildiyi qeyd olunur. İddiaya görə DHKP-c yaraqlıları Suriya prezidenti Bəşər Əsədin maliyyələşdirdiyi “Şəbbiha” qruplaşması ilə birgə çoxlu sayda terrora imza atıb.
Qeyd edək ki, martın 31-də gecə saatlarında Türkiyədə terrorçuların girov götürdüyü prokuror Mehmet Səlim Kirazın azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulardan 2-si məhv edilib.
Xüsusi əməliyyat nəticəsində girovluqdan azad edilən prokuror Mehmet Səlim Kiraz xəstəxanada vəfat edib. O, əməliyyat xəstəxanaya yaralı olaraq aparılmışdı. Prokurorun başəndan 2, bədənindən isə 3 güllə yarası aldığını bildirilib.