Vasif Məhərrəmlidən daha bir ÇP
Tarix: 4-04-2015, 10:46 | Çap et
Vasif Məhərrəmlidən daha bir ÇP

Tez-tez sənəti və şəxsi həyatları ilə gündəmə gələn şou-biznes əhli bəzən elm, mədəniyyətlə bağlı verilən sualları cavablandıra bilmədikləri üçün tənqid obyekti olurlar.

Axar.az şou-biznes əhlinin bəzi nümayəndələrinə üç sualla müraciət edib:

– “Cinayət və cəza” əsərinin müəllifi kimdir?

Maestro Ceyhun: - Əsərin müəllifi Dostoyevskidir. Kitab haqda çox danışılsa da, oxumamışam. Amma süjet xəttindən xəbərim var. Bu əsər haqda filmlər çəkilib, tamaşalar olub. Nədənsə, heç bir tamaşasına gedib baxa bilməmişəm. Hətta bilirəm ki, Nikita Mixalkov “Cinayət və cəza”ya film çəkmək istəyirdi. Sonra nə oldu bilmədim.

Aslan: - Fyodor Mixayloviç Dostoyevski.

Vasif Məhərrəmli: - Mmm... xatırlamıram.

Zöhrə Abdullayeva: - Dostoyevski.

– Nyuton kimdir?

Maestro Ceyhun: - İssak Nyuton ingilis fizikidir. Başına alma düşüb və cəzbetmə qanununu kəşf edib.

Aslan: - Alim.

Vasif Məhərrəmli: - Alim. Yerin cazibə qüvvəsini kəşf edib.

Zöhrə Abdullayeva: - Alim. Ətalət qanununu kəşf edib.

– Motsart neçənci əsrdə yaşayıb?

Maestro Ceyhun: - Volfqanq Amadey Motsart dörd yaşından mahnı bəstələməyə başlayıb. Onun atası Leopold Motsart da musiqiçi olub. Motsart 1756-cı ildə Zaltsburqda doğulub.

Aslan: - Motsart... Əsrini bilmirəm.

Vasif Məhərrəmli: - XVIII əsrdə.

Zöhrə Abdullayeva: - Motsart mənim ən sevdiyim bəstəkarlardan biri olub. 34 yaşında dünyasını dəyişib. Mənim onun heykəlinin önündə çəkdirdiyim şəklim də var, Feysbukda paylaşmışam. Əsrini isə deyə bilmərəm. Siz hələ bir müğənnilərimizdən “Anna Karenina”nın müəllifini soruşun, görün biləcəklər? Onların çoxu “tupoy”du.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net