Ölkənin qərb bölgəsində 3 yanğın qeydə alınıb
Tarix: 4-04-2015, 10:25 | Çap et
Ölkənin qərb bölgəsində 3 yanğın qeydə alınıb
Respublikanın qərb regionunda 3 yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağstafa rayonu, Soyuqbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax rayonu, Aşağı Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Yanğından tövlənin qalan hissəsi mühafizə olunub. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net