"Elman Rüstəmov özü bu vəzifədən imtina etməli idi...” - Deputat
Tarix: 3-04-2015, 17:51 | Çap et
 "Elman Rüstəmov özü bu vəzifədən imtina etməli idi...” - Deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Mərkəzi Bankın sədri Elman Rüstəmovun Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında mlli valyutanın məzənnəsinin dünya bazarlarındakı vəziyyətdən, xüsusilə də neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar dəyişə bilməsinə dair dediyi sölərə münasibət bildirib.

Pariyanın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Q.Həsənquliyev deyib: "Təbii ki, İran neft hasilatını və ixracını artıracağı təqdirdə dünya bazarında neftin qiyməti aşağı düşəcək. Elman Rüstəmov da Milli Məclisdə bəyan etmişdi ki, neftin qiyməti kəskin aşağı düşəcəyi halda manatın kursu sərbəst buraxılacaq. Bu zaman sözsüz ki, manat öz dəyərini ciddi şəkildə itirəcək. Bu baxımdan, Azərbaycanın çox çevik maliyyə-kredit siyasəti yürütməsinə ehtiyac var. Bu səbəbdən, Elman Rüstəmovun yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunamsına etiraz etməməsini başa düşə bilmədim. Bu şəxs xalq qarşısında və təmsil etdiyi iqtidar qarşısında ən azı mənəvi məsuliyyət daşıyırdı. Ona görə ki, Elman Rüstəmov 2015-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi və Prezidentin keçirdiyi müşavirədəki çıxışı zamanı bütün dövlət rəsmilərini və millət vəkillərini inandırmışdı ki, mili valyutamızın dəyərdən düşməsinə zəmin yarada biləcək təhlükə yoxdur, manatın kursu qorunub saxlanılacaq və s. Məhz Elman Rüstəmovun bu fikirlərinə istinad edən bir çox dövlət rəsmiləri və millət vəkilləri manatın kursunun dəyişməyəcəyi barədə bəyanatlar vermişdilər. Bu bəyanatlar da bildiyiniz kimi sonradan özünü doğrultmadı".

Partiya sədrinin fikrincə, bu səbəbdən insanların dövlət rəsmilərinə və dövlət strukturlarına olan etimadı zəifləmiş olub: "Bu qəbildən olan açıqlamaların mötəbərliliyinə inam azldı. Buna görə də hesab edirəm ki, Elman Rüstəmov baş verənlərə görə məsuliyyət daşımalıydı. Əgər o rəhbərli etdiyi sahədə baş verə biləcək prosesləri öncədən proqnozlaşdıra bilımətibsə, deməli yerində deyil. Yox əgər proqnozlaşdırıbsa və buna baxmayaraq, Prezidentin iştirak etdiyi tədbirdə, o cümlədən Milli Məclisdə yalan bəyanatlar veribsə bu daha pis... Hər iki halda onun məsuliyyəti olmalıydı. Ona görə də düşünürəm ki, Elman Rüstəmov özü bu vəzifədən imtina etməli idi. Yeni dövrün maliyyə-kredit siyasətini yürütmək üçün Avropa təhsilli gənclərin irəli çəkilməsinə ehtiyac var. Elman Rüstəmov AXC dövründən Mərkəzi Bankda çalışan, sovet düşüncəli bir maliyyəçidir. Düşünürəm ki, o, artıq yaxşı və pis mənada öz missiyasını yerinə yetirib".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net