İlham Rəhimov sabiq nazirlə kirvə oldu
Tarix: 3-04-2015, 17:40 | Çap et
İlham Rəhimov sabiq nazirlə kirvə oldu
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olan “Putin İlham” kimi tanınan İlham Rəhimovla sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev kirvə olublar…
Bu barədə Gunxeber.com-un əldə etdiyi məlumata görə, İ.Rəhimov M.Abdullayevin nəvəsinin kirvəsi olub. Sabiq nazir həkim işləyən qızının oğlunu İ.Rəhimovun qucağına qoyub.
Qeyd edək ki, əslən Gəncədən olan M.Abdullayev 1994-cü ilin fevralından sentyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net