Ərdoğandan nurçulara ŞOK ZƏRBƏ
Tarix: 9-03-2015, 17:19 | Çap et
Ərdoğandan nurçulara ŞOK ZƏRBƏ
"Nurçulara kömək edənlərin mal varlığına əl qoyulacaq".

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millətlət Məclisinin Ədalət Komissiyasının sədr müavini, AKP Kastamonu vəkili Haqqı Köylü söyləyib.

O bildirib ki, "paralel hökümət" terror təşkilatı olaraq qəbul edilərsə, o zaman camaata yardım edənlər terrora maliyyə yardımı təmin etməkdə ittiham olunacaq:

"Türkiyə daxilində Ankara və İstanbul prokurorluğu tərəfindən "paralel hökumət" olaraq bilinən quruluşla əlaqədar çox ciddi bir istintaq başladılıb. İndi bu quruluşun bir terror təşkilatı olaraq qiymətləndirilməsi məsələsi gündəmdədir. Dövlət və konstitusiya nizamını dəyişdirməyə cəhd, TBMM-in vəzifəsini icra etməyə maneə törətmək kimi fəaliyyətlər ağırlaşdırılmış ömürlük həbslə cəzalandırılır. Bu əməlləri törədənlər də terrorçu sayılır. Ona görə də diqqətli olmaq lazımdır. Mənim vermək istədiyim mesaj budur. İstəyən öz addımını buna görə atsın. Heç kimi təhdid filan etmirəm. Bir gün biri bu quruluşa kömək edər, daha sonra isə bunu xeyriyyə üçün edirdim desə onu heç kim dinləməz", -deyə Haqqı Köylü söyləyib.

Fəthullah Gülənin Türkiyəyə qaytarılması prosesinə də toxunan Hakkı Köylü sözlərinə belə davam edib: "Onunla əlaqədar bir proses başlayıb. Onun terror təşkilatı olaraq qəbul edilməsi halında daha ciddi işlər görüləcək. O zaman onu mühafizə edənlər özlərini sorğulamaq məcburiyyətində qalacaqlar. Bu gün ABŞ ilə məhkəmə mövzusunda müqaviləmiz var. Hərçənd çox sayda ölkə ilə bu müqavilələr var", - deyə millət vəkili qeyd edib.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net