Gəncə sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
Tarix: 3-04-2015, 17:06 | Çap et
Gəncə sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
Gəncə şəhərində kürəkən qayınanasını və həyat yoldaşını bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 3-də saat 14 radələrində şəhərin Kəpəz rayonu ərazisində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Fikrət Zaman oğlu İbadov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Aysel Ramiz qızı İbadovaya və qayınanası, 1978-ci il təvəllüdlü Əfsanə Namiq qızı Abbasovaya bıçaqla xəsarət yetirib. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net