Mahir Quliyev bir məmurla da baş edə bilmir - Biləsuvarda...
Tarix: 9-03-2015, 17:10 | Çap et
Mahir Quliyev bir məmurla da baş edə bilmir - Biləsuvarda...
Etiraf emək lazımdır ki, bu gün ölkənin təhsil sistemi respublika üzrə rüşvətxorluq və korrupsiyanın daha çox yer aldığı sahələrin siyahısında hələ də ilk yerlərdən birini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında isə bu gün yenə də illərdən bəri rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edir. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Biləsuvar Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Biləsuvarda olan mənbələrdən daxil olan məlumatlarda xəbər verilir. Daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, yaxın keçmişdə alverçi olmuş idman müəllimi Balaqardaş Kazımov hazırda rayon təhsilini də məhz bazar prinsipləri ilə idarə edir. Buna görə də rayonun orta məktəblərdə təhsilin səviyyəsi yox həddindədir. Açıqlamalara görə, ixtisasca bədən tərbiyəsi müəllimi olan B.Kazımov üst-üstə heç bir il müəllim işləməyib. Bu arada isə ölkə mətbuaında dərc olunmuş çox maraqlı bir məlumat diqqətimizi cəlb edib. Məlumatda deyilir: “Balaqardaş Kazımovun atası dövlət əmlakını mənimsədiyi üçün 12 il həbsdə yatıb. Özü isə orta məktəbi sinifdə qala-qala, zorla bitirib. İnstitut məsələsinə gəldikdə isə, onu da elə orta məktəbdəki kimi oxuduğu iddia olunur. Amma məsələ bununla bitmir. Təhsil şöbəsinin müdiri məktəb direktorlarından aylıq və ondan əlavə digər pullar yığmaqla ad çıxarıb. Onun tapşırığı ilə məktəblərə dərslik kitabları verilərkən hər məktəb direktorundan bunun üçün 20-30 manat pul tələb edilir. Rayondakı məktəblərin sayının 40-a yaxın olduğunu nəzərə alsaq, bu rəqəmin nə qədər olduğunu hesablamaq elə də çətin məsələ deyil. Bundan başqa isə RTŞ müdiri Təhsil Nazirliyi tərəfindən məktəblərə göndərilən sənədlər üçün, yəni əmr kitabları, jurnallar və sair vəsaitlər üçün də direktorlardan pul yığır”. Azərbaycanda təhsilin bərbad vəziyyətdə olduğu barədə fikir yürüdəndə, ilk növbədə Təhsil Nazirliyinin gözüyumulu, icra başçılarının isə pul xatirinə rayonlarda təyin etdikləri təhsil şöbə müdirlərinin yarıtmaz fəaliyyətlərini diqqət mərkəzinə çəkmək lazımdır. Təsadüfi deyildir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də bu vəzifəyə yeni təyin olunduğu vaxt Balaqardaş Kazımov onun adından istifadə edərək, hər bir məktəb direktorundan 500-1000 manat civarında pul yığıb. Həm də bu zaman RTŞ müdiri aşkar bəyan edib ki, pulun yığılması tapşırığını icra başçısı şəxsən özü verib. Bu gün də Biləsuvar rayon təhsilində baş alıb gedən müxtəlif özbaşınalıqlara, çeşidli qanun pozuntularına rayon rəhbərliyi tərəfindən lazımi reaksiyanın verilməməsi müxtəlif şübhələrə yol açır. Xüsusi olaraq məlumatlarda qeyd olunur ki, bu gün Biləsuvarın məktəblərində şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repetitorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsələrə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Balaqardaş Kazımov isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri həmçinin rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini də təmin etmir. Həm də məlumatlarda bu qanun pozuntularının bir başa Mahir Quliyevin razılığı ilə həyata keçirildiyi vurğulanır. Bildirilir ki, əldə olunan pulların böyük hissəsi məhz RİH başçısına təqdim olunduğu üçün, hazırda B.Kazımov tam cəzasızlıq şəraitində istədiyi maxinasiyaya əl ata bilir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net