“Reynaldo oynasaydı, biz uduzacaqdıq”- Qara Qarayev
Tarix: 3-04-2015, 11:18 | Çap et
“Reynaldo oynasaydı, biz uduzacaqdıq”- Qara Qarayev
“Bilirdik ki, bu komandaya uduzmaq olmazdı. Çünki “İnter” hazırda bizim əsas rəqibimizdir”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

Gənc futbolçu dünən Topaz Premyer Liqasının 27-ci turunda “İnter” qarşı keçirdikləri oyundan danışıb. Qarayev qolsuz heç-heçə başa çatan matçı belə şərh edib: “Biz bu matçda xal itirmədik, bir xal qazandıq. Hər həftə çempionluğa yaxınlaşırıq. Amma yenə də arxayınlaşmaq olmaz. ”İnter” çempionatımıza rəng qatan komandadır. Çünki onlar həmişə fərqli system və fərqli heyətlə oynayır. Bu matçda da gözləmədiyimiz 4-4-2 taktiki sxemi ilə meydana çıxdılar. Bu cür gərgin qarşılaşmada 1 xal da pis nəticə deyildi”.

Yarımmüdafiəçi Reynaldonun meydanda olmamasının oyuna təsir edib-etmədiyindən danışıb: “Sözsüz ki, komandanın hücumçusu olmasa, bu oyuna təsir edər. Amma meydanda olanlar da pis oynamadı. "İnter"ə qarşı 1-2 imkan olsa da, istifadə edə bilmədik. Reynaldonun yoxluğu təsir etdi, Amma ola bilərdiki, o oynasaydı, biz uduzacaqdıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net